Səlcuk Yulanın ölüm səbəbi bəlli oldu

Səlcuk Yulanın ölüm səbəbi bəlli oldu
XƏBƏR 6 Avqust 2013 / 14:48 3266
-  A +

Bu gün dünyasını dəyişən "Fənərbaxça"nın əfsanəvi futbolçularından olan Səlcuk Yulanın ölümünün səbəbi məlum olub.

Qol.Az-ın Türkiyə mətubatına istinadən verdiyi məlumata görə, yerli vaxtla 06:30-da özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan Yulanın nəfəs çatışmazlığından vəfat etdiyi bildirilib.
 
Bu barədə jurnalistlərə açıqlama verən xəstəxanın baş həkimi Demet Dinç əfsanəvi kapitanın artıq buraya gəldiyi zaman ürək fəaliyyətinin dayandığını deyib: "Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Türk idman ictimaiyyətinə və bütün yaxınlarına başsağlığı və səbr diləyirik" - deyə həkim bildirib.

Qeyd edək ki, S.Yula "Topaz" şirkəti ilə əməkdaşlıq edirdi. O, son illər bu şirkətin dəvəti ilə bir neçə dəfə Azərbaycanda olmuşdu.

Son xəbərlər
topaz banner