Messi yenə Maradonanı təqlid etdi

Messi yenə Maradonanı təqlid etdi
XƏBƏR 6 Avqust 2013 / 14:12 2906
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanı təqlid etdiyi üçün tənqid edilən "Barselona"nın hücumçusu Lionel Messi yenə də bu hərəkətindən əl çəkmir.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı oyunçu "Barış turu" çərçivəsində Qüdsdə qərb divarına etdiyi ziyarət və oradakı görüntüsü bunu sübut edib.

Belə ki, 1995-ci ildə Maradona da bu müqəddəs məkanı ziyarət etmiş və Messi kimi başında kipa ilə divara kiçik bir yazının olduğu kağız parçasını qoymuşdu.

Qeyd edək ki, 2012-ci ildə "FİFA Qızıl Top" mükafatını qazanan Messi mərasimdə Maradonanın əvvəllər geyindiyi geyimə uyğun geyimi ilə argentinalı əfsanəni təqlid edib. Bundan başqa, "Barsa"lı ulduz Maradonanın 1986-ci ildə dünya kubokunda İngiltərəyə vurduğu qola oxşar qolu 2007-ci ildə vurub. Messi son olaraq həmyerlisinin "Tanrının əli" olaraq adlandırılan qolunun bənzərini də 2007-ci ildə Espanyol"la matçda vurub.

Son xəbərlər
topaz banner