"Dünyanın ən yaxşı hücum xətti PSJ-dədir"

"Dünyanın ən yaxşı hücum xətti PSJ-dədir"
XƏBƏR 6 Avqust 2013 / 12:34 3059
-  A +

PSJ-nin sabiq idman direktoru Leonardo komandadan ayrıldıqdan sonra ilk açıqlamasını verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, 14 aylıq cəzalandığı üçün istefa vermək məcburiyyətində qalan Leonardo sabiq komandası haqqında müsbət fikirlər səsləndirib. Bildirib ki, dünyada ən yaxşı hücum xətti PSJ-dədir: "PSJ bütün kubokları qazana biləcək hücumçulara sahibdir. Komandada Kavani, İbrahimoviç, Lukas, Pastore, Menez və Lavezzi kimi çox güclü hücumçular var.  Bu 6 futbolçu isə dünyanın ən yaxşı hücum xəttini yaradır" - deyə Leonardo bildirib.

O, həmçinin qeyd edib ki, Kavanini komandaya trasnfer olunması onun fikri olub: "İbrahimoviçlə Kavanini bir araya gətirmək mənim fikrim idi. Onların bir-birinə çox rahat uyğunlaşacağına inanıram".


Son xəbərlər
topaz banner