Ersun Yanal: "Mərhələni keçəcəyimizə inanıram"

Ersun Yanal: "Mərhələni keçəcəyimizə inanıram"
XƏBƏR 6 Avqust 2013 / 11:10 1773
-  A +

"İlk matçdakı oyunumuzu hər kəs gördü.  Biz mütəmadi olaraq oyununun tempini artırırdıq. Rəqibimiz gənc və mübariz bir klubdur. Oyunun taleyini dəyişə bilərlər.  Zədəli olduğu üçün bir çox oyunçularımızın oynamaması "Zalsburq" qarşısında  bizə problem yaradacağını düşünmürəm".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal Çempionlar Liqasının III təsnifat mərhələsidə "Zalsburq"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, növbəti mərhələyə keçəcəklərinə inandığını bildirib: "Bizim səviyyəmiz və oyunçularımın təcrübəsi bu turu keçməmizə təsir edəcək. Futbolçularıma güvənirəm və mərhələni  keçəcəyimizə  inanıram. "Fənərbaxça" şanslı bir komandadır".

Qeyd edək ki, komandaların ilk oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.


Son xəbərlər
topaz banner