Ronaldo: "Ançelotti müzakirə edilməyəcək adamdır"

Ronaldo: "Ançelotti müzakirə edilməyəcək adamdır"
XƏBƏR 6 Avqust 2013 / 01:43 2236
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo baş məşqçisi Karlo Ançelotti haqqında müsbət fikirlər səsləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, italiyalı mütəxəssisin komandaya yeni bir həyəcan gətirdiyini deyib.

"Baş məşqçimizdən çox razıyıq və yeni mövsümə yaxşı şəkildə hazırlaşırıq. Ançelotti bizə dostca yaxınlaşır və bu da xoşumuza gəlir. O, müzakirə edilməyəcək adamdır. Öz adımdan deyə bilərəm ki, onunla çalışmaq mənə rahatdır" - deyə portuqaliyalı hücumçu bildirib.

Son xəbərlər
topaz banner