Artur Zikonun yeni komandası bəlli oldu

Artur Zikonun yeni komandası bəlli oldu
XƏBƏR 6 Avqust 2013 / 00:36 2292
-  A +

Braziliya milli komandasının sabiq baş məşqçisi Artur Ziko Qətərin "Əl Qaraf" klubu ilə rəsmi müqavilə imzalayıb.

Qol.Az-ın klubun "Twitter" sosial şəbəkəsinin səhifəsinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis iki il Qətər təmsilçisini çalışdıracaq.

"Al Qaraf" braziliyalı baş məşqçinin karyerasında çalışdırdığı 9-cu klub olacaq.

Qeyd edək ki, bundan əvvəl Ziko "Fənərbaxça", İraq millisi, "Kaşima Antlers", Yaponiya millisi, "Olimpiakos", CSKA (Moskva), "Flamenqo" və "Bunyodkor"da işləyib.


Son xəbərlər
12.10.25  14:15

Suaresdən 600-cü qol