31 idmançıya iki illik cəza kəsildi

31 idmançıya iki illik cəza kəsildi
XƏBƏR 6 Avqust 2013 / 00:08 1907
-  A +

Atletika Federasiyası (TAF) 31 idmançını bütün yarışlardan 2 il müddətinə diskvalifikasiya edib.

Səbəb həmin idmançıların orqanizmindən istifadəsi qadağan edilmiş dərman preparatlarının tapılmasıdır.
 
Yarış vaxtı və sonradan götürülmüş dopinq-testlərin nəticəsi müsbət olub. Cəzalandırılanlar arasında çəkicatma üzrə olimpiya mükafatçısı Əşrəf Apak da var.
 
Qeyd edək ki, Türkiyənin atletika yığmasında əslən azərbaycanlı Ramil Quliyev də yer alıb. Lakin 23 yaşlı sprinterin adı cəzalandırılanlar siyahısında yoxdur (Lent.az).  

Son xəbərlər
topaz banner