"Mourinyo "Barselona"nı çalışdırmaq istədi"

"Mourinyo "Barselona"nı çalışdırmaq istədi"
XƏBƏR 5 Avqust 2013 / 17:53 3361
-  A +

"Barselona" klubunun sabiq prezidenti Xoan Laporta "Çelsi"nin baş məşqçisi Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "El Pais"ə danışan Laporta Mourinyonun 2008-ci ildə "Barselona"nı çalışdırmaq istədiyini bildirib:

"Frank Raykardın istefasından sonra Mourinyo "Barselona"nı çalışdırmaq istəyirdi. Çünki özü də bir qədər "Barsa" azarkeşi idi. Ancaq bu gerçəkləşmədi. Çünki biz Pep Qvardiolanı seçdik".

Qeyd edək ki, Laportanın qarşıdakı illərdə yenidən "Barselona"nın prezidentliyinə namizədliyini irəli sürəcəyi iddia olunur.


Son xəbərlər