"Gefle" - "Qarabağ" matçının biletləri satışda

"Gefle" - "Qarabağ" matçının biletləri satışda
XƏBƏR 5 Avqust 2013 / 17:10 2401
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Qol.Az-ın məlumatına görə, artıq biletlərin qiymətləri də müəyyənləşib.

Belə ki, azarkeşlər “Norrporten” stadionunda keçiriləcək oyunu canlı izləmək üçün 100 kron (12 manat) ödəyəcəklər. Yaşı 18-dən aşağı olan yeniyetmələrin stadiona girişi isə pulsuz olacaq.

Qeyd edək ki, "Gefle" - "Qarabağ" oyunu avqustun 8-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 


Son xəbərlər