Aqil Məmmədov: "Nəticə məni qane edir"

Aqil Məmmədov: "Nəticə məni qane edir"
ÖLKƏ FUTBOLU 5 Avqust 2013 / 00:52 2270
-  A +

"Xəzər Lənkəran"a qarşı göstərdiyimiz oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərdik. Amma nəticə məni qane edir. Ən azından uduzmadıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "Xəzər Lənkəran"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

A.Məmmədov komandasının bu görüşdə sonadək mübarizə apardığını bildirib: "Biz tam hazırlıq keçə bilməmişdik. Düşərgədə zədəli futbolçularımız çoxdur. 4 əsas oyunçumuz yox idi. Bütün bunlar oyunu qalib başa vurmağımıza mane oldu. Oyunçular sona qədər döyüşdülər. Onlara minnətdaram".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq