Con Toşak: "Komanda sanki xəstədir"

Con Toşak: "Komanda sanki xəstədir"
ÖLKƏ FUTBOLU 5 Avqust 2013 / 00:43 3605
-  A +

"Komandamız sanki xəstədir. Çalışıb, həmin xəstəliyi aradan qaldırmaq lazımdır. Heç nədən qol buraxdıq. Bu, sanki, Milad bayramı öncəsi rəqibə hədiyyə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak "Sumqayıt"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim də xeyli qol imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. "Sumqayıt"a hörmətlə yanaşırıq. Qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdır" - deyə uelsli mütəxəssis bildirib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu