Qurban Qurbanov: "Oyun sistemində problemimiz var idi"

ÖLKƏ FUTBOLU 4 Avqust 2013 / 22:40 3787
-  A +

“Maraqlı və çətin oyun oldu, qalib gəldik. Oyun sistemində müəyyən problemlərimiz var idi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi futbolçularından razı qaldığını bildirib və Avroliqa oyununu düşündüklərini vurğulayıb: "Oyunun gedişində daha az təcrübəsi olan futbolçularımız özünə gəldi. Getdikcə oyunlar daha da çətinləşəcək. Hər oyunda diqqətli olmalıyıq. Avroliqadakı oyuna ciddi hazırlaşmalıyıq. Növbəti iki gündə futbolçuların fiziki durumunu bərpa etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq