Yuri Syomindən Artyom Milevski açıqlaması

Yuri Syomindən Artyom Milevski açıqlaması
ÖLKƏ FUTBOLU 4 Avqust 2013 / 14:41 5091
-  A +

Kiyevin “Dinamo” və Ukrayna milli komandasının hücumçusu Artyom Milevski Bakıya gəlib. Qol.Az-ın məlumatına görə, futbolçu paytaxtımızdakı gecə klublarından birində çəkdirdiyi şəkili instagramda paylayıb.

Milevskinin Azərbaycana səfəri müxtəlf söhbətlərin yayılmasına səbəb olub. Ukrayna mətbuatı onun “Qəbələ” klubuna keçəcəyini yazıb. Bu zaman “Qəbələ”nin baş məşqçisi Yuri Syominin bir vaxtlar Kiyev “Dinamo”sunda işlədiyi və Milevski ilə münasibətlərinin yaxşı olduğu qabardılıb.

Lakin Ukraynanın “Futbol” telekanalına müsahibəsində Y.Syomin Milevski ilə maraqanmadıqlarını və onu transfer etməyəcəklərini söyləyib. Yeri gəlmişkən, Syomin “Dinamo”nun sabiq qapıçısı Stanislav Boquşu alacaqları haqda xəbərləri də təkzib edib.

Daha çox


Son xəbərlər