"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq"

"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq"
ÖLKƏ FUTBOLU 2 Avqust 2013 / 21:30 3824
-  A +

"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Qəbələ" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis oyunla bağlı daha sonra bunları bildirib: "Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu