"Azarkeşlərdən istəyimiz odur ki, bizi sona qədər dəstəkləsinlər"

"Azarkeşlərdən istəyimiz odur ki, bizi sona qədər dəstəkləsinlər"
ÖLKƏ FUTBOLU 31 İyul 2013 / 00:27 3091
-  A +

“Gefle” ilə oyun bizim üçün çox əhəmiyyətlidir. Rəqibin oyunlarına baxmışıq. Güclü komanda olduqları bilirik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi İlqar Qurbnov Avroliqanın III təsnifat mərhələsində İsveçin “Gefle” klubuna qarşı keçirəcəkləri oyun haqda danaşarkən deyib.

Onun sözlərinə görə, “Gefle” də “Piast” qədər ciddi rəqibdir. Son uğurlu nəticələri onların gücündən xəbər verir: “Gefle” qol vuran komandadır. İsveç klubu da “Piast” kimi fiziki cəhətdən güclü futbolçulardan ibarətdir. Biz də buna görə hazırlaşırıq. Çalışışacağıq ki, onlar üstün cəhətlərindən istifadə edə bilməsinlər. Ancaq ehtiyatlı olmalıyıq. Mütləq  bu mərhələni keçməyi qarşımıza məqsəd qoymuşuq. İnşallah qalib gəlib xalqımızı sevindirərik”.

İ.Qurbanov qələbə üçün azarkeşlərin də onlara dəstək olmasının vacib olduğunu vurğulayıb: “Stadiona gələn azarkeşlərdən istəyimiz odur ki, bizi sona qədər dəstəkləsinlər. Hər oyunda azarkeş sayının artdığını görürük. İnanıram ki, "Gefle” ilə oyunda onların sayı daha çox olacaq”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu