Foqts: "Altı ildə uğur qazanmamaq normaldır"

Foqts: "Altı ildə uğur qazanmamaq normaldır"
ÖLKƏ FUTBOLU 30 İyul 2013 / 16:11 3747
-  A +

"Azərbaycan millisini vaxtından əvvəl tərk edəcəyimlə bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Bu il "DÇ-2014"ün bir neçə seçmə oyunu və yoxlama görüşlərimiz qalıb. Həmin qarşılaşmalarda da öz postumda oturacağam".

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

66 yaşlı mütəxəssis müqaviləsinin başa çatmasından sonrakı müzakirələrə də hazır olduğunu bildirib: "Bu ilin sonunda müqaviləm başa çatır. Artıq 6 ildir Azərbaycandayam. Müqaviləm başa çatandan sonra yenidən toplanaraq işimi müzakirə edəcəyik. Əgər 6 il ərzində heç bir titul qazanılmırsa, əməkdaşlığımızın davamının müzakirə olunması normaldır".

Qeyd edək ki, millimiz bu ilin sonunadək "DÇ-2014"ün seçmə mərhələsində İsrail, Şimali İrlandiya və Rusiya yığmalarıyla, Malta, Estoniya və Qırğızıstanla yoxlama oyunları çərçivəsində qarşılaşacaq.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu