"Azərkeşləri "Qarabağ"ın oyununda stadionu doldurmağa çağırıram"

"Azərkeşləri "Qarabağ"ın oyununda stadionu doldurmağa çağırıram"
ÖLKƏ FUTBOLU 30 İyul 2013 / 14:00 3645
-  A +

"Avroliqanın II təsnifat mərhələsində qarşılaşdığımız “Piast” klubu çox çətin rəqib idi. Buna baxmayaraq, komandamız inamlı oyunu ilə mərhələni adladı".

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi “Qarabağ”ın növbəti mərhələdəki rəqibi olan İsveçin “Gefle” klubu haqda danışıb. Qeyd edib ki, "Piast"la müqayisədə bu oyun çox çətin olacaq: “Bilirik ki, “Gefle” ilə oyun heç də asan olmayacaq. Çünki bu komanda “Piast”dan güclüdür.  Çoxları deyir ki, rəqibimiz bizdən zəifdir. Ancaq həmişə olduğu kimi bu rəqibimizə də hörmətlə yanaşırıq. “Gefle”ni keçə bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik. Çünki bu il qarşımıza daha böyük məqsədlər qoymuşuq. Qrup mərhələsinə düşmək üçün vuruşacağıq. Nəzərə alsaq ki, hələ play-off mərhələsi var, qruplar haqda düşünmək tezdir. Ancaq yüksək hədəflər çeçdiyimiz üçün yaxşı da nəticələr düşünməliyik”.

Ə.Çəlikəl  bütün azarkeşləri avqustun 1-də keçiriləcək “Qarabağ” – “Gefle” oyununda stadionu doldurmağa çağırıb. O, qeyd edib ki, “Qarabağ”ın milyonlarla azarkeşi var və onlardan dəstək gözləyirlər".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu