"Qarabağ"a məğlubiyyətdən sonra toparlanmaq çətindir"

"Qarabağ"a məğlubiyyətdən sonra toparlanmaq çətindir"
ÖLKƏ FUTBOLU 27 İyul 2013 / 16:14 4102
-  A +

"Qarabağ"a qarşı 120 dəqiqə oynadıq. Artıq qısa vaxt ərzində yenidən toplanmalıyıq. Çünki bizi sabah "Zaqlebiye" ilə çətin oyun gözləyir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Piast" klubunun müdafiəçisi Çaba Horvat deyib.

Təcrübəli müdafiəçi "Qarabağ"a məğlubiyyətdən sonra toplanmağın çətin olduğunu söyləyib: "Futbolçu həyatı belədir. Fiziki cəhətdən hər oyuna hazır olmalıyıq. Ona görə də bir qədər istirahət edib, qarşıdakı oyuna yaxşı hazırlaşmalıyıq. Doğma meydanda oynayacağımız üçün qələbə qazanmaq istəyirik. "Qarabağ"a məğlubiyyətdən sonra bu çətin olacaq. Amma 3 xal qazanacağımıza ümid edirəm".

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a məğlub olaraq mübarizəni dayandıran "Piast" klubu sabah Polşa çempionatının ikinci turu çərçivəsində evdə "Zaqlebiye"ni qəbul edəcək.

Daha çox


Son xəbərlər