"Gefle"nin futbolçusu: "Qarabağ" güclü rəqibdir"

"Gefle"nin futbolçusu: "Qarabağ" güclü rəqibdir"
ÖLKƏ FUTBOLU 27 İyul 2013 / 11:16 3736
-  A +

"Mən Çempionlar Liqası və Avroliqada böyükhesablı məğlubiyyətin əvəzini çıxmağın mümkünsüz olduğunu düşünürdüm. Ancaq "Anortosis"lə oyundan sübut etdik ki, futbolda hər şey mümkündür".

Qol.Az-ın məlumatına görə, bu sözləri İsveçin "Gefle" klubunun futbolçusu Olof Mard deyib.

İsveçli müdafiəçi Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibləri olan "Qarabağ"ı keçəcəklərinə inandığını bildirib:

"Azərbaycana səfərimiz çətin keçəcək. Əgər "Qarabağ" bu mərhələyə qədər gəlib çıxıbsa, deməli güclü rəqibdir. Onların 4 il öncə "Rusenburq"u məğlub etdiklərini bilirik. Ancaq biz "Anortosis"i məğlub etmişiksə, "Qarabağ"la da bacararıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gefle" oyunu avqustun 1-də, saat 21:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə