"Oyunumuz çox yaxşı alındı. İlk dəqiqələrdən qol vurmağımız işimizə yaradı. İstər məşqçilər istərsə də klub rəhbərliyi oyunuma görə məni təbrik etdilər. Amma yenə də üzərimdə çox işləməliyəm. Çünki Avropada oynamaq istəyirəmsə, bütün cəhətdən hazır olmalıyam”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri Rumıniyanın “Petrolul” komandasında çıxış edən, milli komandamızın üzvü Elhad Nəziri Avroliqanın II təsnifat mərhələsinin “Vikinqur”la cavab oyunu (4:0) haqda danışarkən deyib.
Görüş ərzində 90 dəiqəqə meydanda olan həmyerlimiz yaxşı formada olduğunu qeyd edib: “Həmişə oynamağa hazıram. Əsas baş məşqçinin fikirləridir. Amma çalışacam ki, bundan sonra əsas heyətdəki yerimi qoruyum”.
21 yaşlı futbolçumuzun komandası Avroliqanın III təsnifat mərhələsinə vəsiqə qazanıb. E.Nəziri növbəti mərhələni də uğurla keçəcəklərinə inandığını söyləyib: “Artıq “Vikinqur”la oyun geridə qaldı. Ancaq növbəti rəqibimiz haqda düşünürük. III təsnifat mərhələsində Hollandiyanın “Vitesse” klubu ilə qarşılaşacağıq. Güclü rəqib olsa da, mərhələni keçəcəyimizə inanırıq”.
E.Nəziri klublarımızın Avroliqadakı çıxışlarını həyacanla izlədiyini bildirib: “Qarabağ”a uğurlar arzu edirem. İnşallah uğurlarının ardı gələr. Mən də bir azərbaycanlı kimi komandamızın uğuruna sevinirəm. Əvvəllər “Qarabağ”da oynamışam. Amma indi istənilən Azərbaycan komandasının uğurlarını görmək istərdim”
Yenidən “Qarabağ”da və ya digər Azərbaycan klublarında çıxış etmək istəyərsənmi sualına isə futbolçu belə cavab verib: “Klubumla müqaviləm var. Hələ ki, Azərbaycana qayıtmaq istəmirəm. Çünki qarşıma məqsəd qoymuşam ki, ən yaxşı çempionatlarda oynayım və uğur qazanım. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mənə elə yaxşılığı keçib ki, onu heç vaxt unutmaram. Qurban müəllim yaxşı məşqçidən savayı, həm də çox yaxşı insandır. Çox hörmət etdiyim məşqçilərdəndir. Ona görə, onun uğurlarına həmişə sevinirəm. İstəyirəm nə vaxtsa Qurban müəllim kimi baş məşqçi ilə uzun müddət işləyim”.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video