Qurban Qurbanov "Piast"la oyundan danışdı

Qurban Qurbanov "Piast"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 26 İyul 2013 / 00:33 5201
-  A +

"Çox çətin və maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Piast"la oyundan (2:2) sonra deyib.

"Əvvəl də dediyim kimi "Piast" qol vurmağı sevən komandadır. Ona görə də cavab görüşündə erkən qol vurmaq istəyirdik və bu planımız işə yaradı. Rəqibə belə gözəl oyun üçün təşəkkür edirəm və onlara yeni mövsümdə uğurlar arzulayıram" - deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində İsveçin "Gefle" klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə