Maksim Medvedyev: "Ayaqlarımız ağrıyır, hələ də özümüzə gələ bilməmişik"

Maksim Medvedyev: "Ayaqlarımız ağrıyır, hələ də özümüzə gələ bilməmişik"
ÖLKƏ FUTBOLU 25 İyul 2013 / 23:19 5491
-  A +

"Çox ağır oyun oldu. Ayaqlarımız ağrıyır. Hələ də özümüzə gələ bilməmişik. Belə olacağını gözləmirdik".

Qol.Az saytının müxbiri ilə telefon söhbətində bu sözləri «Qarabağ»ın müdafiəçisi Maksim Medvedyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Polşa «Piast»ı ilə oyundan sonra deyib.

O qeyd edib ki, komandası 120 dəqiqəlik oyunun olacağını gözləmirmiş.

«Bütün komanda yoldaşlarıma sağ ol deyirəm. Səhvlərimiz oldu, amma yenə də 2:2 də pis nəticə deyil. Əsas odur, növbəti mərhələyə çıxmışıq».

M.Medvedyev vurduqları erkən qolun komandanı arxayınlaşdırdığını da deyib: "8-ci dəqiqədə vurduğumuz həmin qoldan sonra bir real qol epixodumuz da oldu. Amma yararlana bilmədik. Bundan sonra isə rəqib bizi iki dəfə cəzalandırdı. Bir də onda ayıldıq ki, oyun əldən gedə bilər. Özümüzü toparladıq. Kapolonqonu meydana çıxması xeyrimizə oldu. Onun qolu sayəsində növbəti mərhələyə adladıq. Komandamızı və azarkeşlərimizi təbrik edirəm" - deyə o vurğulayıb. 

M.Medvedyev üçünçü mərhələni də keçəcəkləri inandığını söyləyib.

 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu