"Qarabağ" növbəti mərhələdə (YENİLƏNİB)

"Qarabağ" növbəti mərhələdə (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 25 İyul 2013 / 22:55 24967
-  A +

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”  səfərdə Polşanın “Piast” klubunun qonağı olub.
 
Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubunun növbəti mərhələyə keçmək şansı rəqibinə nisbətən üstün idi. Oyuna qolla başlayan "Qarabağ" sonradan üstünlüyünü əldən verib. Lakin matçın 108-ci dəqiqəsində daha bir qol vuran təmsilçimiz növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Anortosis” (Kipr) – “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.






25 iyul

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları

20:30. ”Piast” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 2:2
Qollar:
Leroy Corc, 8 (0:1), Matras, 29 (1:1), Robak, 36 (2:1), Uilrix Kapolonqo, 108 (2:2)
İlk oyun (1:2)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qliviçe stadionu.




"Piast": 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateus Matras, 4. Adrian Klepzunski, 23. Kristof Krol, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Mateş İzvolt, 20. Lukaş Hanzel, 11. Marçin Robak, 22. Ruben Xurado.

Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 5. Yan Polak, 10. Kamil Vilçek, 27. Artis Lazdins, 9. Radoslav Muravski, 13. Tomas Dosekal, 16. Pavol Çiçman.

"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo Silva, 16. Corc Leroy, 20. Riçard Almeyda, 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadiqov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. Uilrix Kapolonqo. 




Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu