Con Toşak: "Çalışacağıq sürprizə imza ataq"

Con Toşak: "Çalışacağıq sürprizə imza ataq"
ÖLKƏ FUTBOLU 24 İyul 2013 / 23:10 3199
-  A +

Sabah Avroliqanın II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandasını qəbul edəcək “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak bu gün mətbuat konfransı keçirib.  

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqibin çox güclü olduğunu qeyd edib:
 
"Özümüz işimizi çətinə salmışıq. Ümumiyyətlə, "Makkabi" çox güclü rəqibdir. Biz bunu oyundan öncə də bilirdik və 90 dəqiqə ərzində onların üstün cəhətlərini bir daha gördük. Matçın qırılma nöqtəsi 50-60-cı dəqiqələr arasında oldu. Əlimizə düşən real qol şanslarından yararlana bilmədik. Az sonra isə qapımızda kobud səhv sonrası ikinci qolu gördük. İkinci qol isə bizim üçün "soyuq duş" rolunu oynadı".
 
Uelsi baş məşqçi sabahkı oyunda rəqibi təəcübləndirəcəklərini deyib: "Bununla belə, ümidimiz qətiyyən azalmayıb. Əgər bugün biz Avropa Liqasında mübarizə aparırıqsa, əlimizə yanımıza salmamalı, irəli boylanmalıyıq. Çalışacağıq sürprizə imza ataq".

Qeyd edək ki, komandaların ilk oyununda "Makkabi" 2:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu