"Yəqin, azərbaycanlılar məğlubiyyəti həzm edə bilmirlər ki..."

"Yəqin, azərbaycanlılar məğlubiyyəti həzm edə bilmirlər ki..."
ÖLKƏ FUTBOLU 24 İyul 2013 / 03:14 6023
-  A +

"Bu gün fantastik oyun keçirdik. Futbolçularım oyunun ilk dəqiqələrindən sonadək qələbəyə köklənmişdilər".

Qol.Az-ın "Azerisport.com"a istinadən verdiyi məlumata görə, bu sözləri "Skenderbeu" klubunun baş məşqçisi Mirel Yosa "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Komandam güclü rəqibi məğlub etdi. Futbolçularımla fəxr edirəm. Azərbaycanlılar hakimlikdən narazı qalıb? Yəqin, onlar məğlubiyyəti həzm edə bilmirlər ki, hakimlikdən narazı qalıblar" - deyə Yosa əlavə edib.

Qeyd edək ki, "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən "Skenderbeu" növbəti mərhələyə adlayıb. Albaniya çempionu III təsnifat mərhələsində Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə