Mahmud Qurbanov: "Xəzər Lənkəran" və "İnter"də oyunçu problemi var"

Mahmud Qurbanov: "Xəzər Lənkəran" və "İnter"də oyunçu problemi var"
ÖLKƏ FUTBOLU 23 İyul 2013 / 17:39 3487
-  A +

“Neftçi” ilk oyunda “Skenderbeu” klubuna qalib gələ bilməsə də, bugünkü cavab oyununda qalib gəlib mərhələni adlayacaq. Çünki rəqibindən birbaş üstün komandadır”.

Qol.Az saytına açıqlamasında bu sözləri son mövsüm “Kəpəz”i çalışdıran  Mahmud Qurbanov “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi cavab oyunu haqda danışarkən deyib.

Klublarımızın Avroliqadakı çıxışları haqda da danışan veteran futbolçu daha çox “Qarabağ”ın oyunundan razı qaldığını bildirib. Qeyd edib ki, “Qarabağ” öz meydanında göstərdiyi inamlı oyunu səfərdə də nümayiş etdirib mərhələni adlayacaq: “Bugünkü oyunlarına baxanda “Qarabağ” və “Neftçi”nin Avropada daha çox irəlili gedəcəklərinə ümid edirəm. Amma “Xəzər Lənkəran” və “İnter”in işini çətin olacaq. Çünki avrokuboklarda 0:2 hesabı ilə uduzduqdan sonra hesabı öz xeyrinə dəyişmək heç də asan olmur. Ancaq yenə də onların taleyi öz əllərindədir. “Xəzər Lənkəran” cavab oyununda yorğun olacaq. Çünki “Fənərbaxça” ilə görüş keçirdilər. Yoldaşlıq oyunu olsa da, qarşılaşma çətin keçdi. Bu yoldaşlıq oyunu futbolumuz üçün yaxşı əlamətdir. Ancaq “Makkabi” ilə oyunqabağı belə matçın keçirilməsi “Xəzər Lənkəran” futbolçularının işini çətinləşdirdi. Çünki ilk oyunda “Makkabi”yə 0:2, sonra “Fənərbaxça”ya 0:4 hesablı məğlubiyyət futbolçulara mənfi təsir edəcək, onları ruhdan salacaq. Yəni “Makkabi”nin “Xəzər Lənkəran” üzərində təzyiqi olacaq. Ancaq tezliklə bu məğlubiyyətləri unutmaq lazımdır. İlk növbədə futbolçuları psixoloji cəhətdən oyuna hazır etmək lazımdır”.

M.Qurbanov “İnter” və “Xəzər Lənkəran”ın çatışmazlıqlar olduğunu vurğulayıb. O, bildirib ki, bu iki komandanın yeni futbolçularının komandaya uyğunlaşması üçün vaxt lazımdır: “İnter”dən bir neçə əsas futbolçu gedib. Yeni gələnlər isə hələ komandanın oyununu öyrənə bilməyib. “Xəzər Lənkəran”da isə çox dəyişiklik olmasa da, oyunlarında promlem var. Bu komandada oyunu üzərinə götürə biləcək, komandanı arxasınca aparacaq lider çatışmır. Yəni hücum və müdafiə xətti arasında elə bir oyunçu lazımdır ki, komandada əlaqələri birləşdirsin, xətlər arasında boşluq olmasın. “Xəzər Lənkəran” və “İnter”də  oyunçu problemi  var”.

 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə