"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Fənərbaxça" ilə yoldaşlıq oyunundan öncə Türkiyənin "Sabah" qəzetinə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, uelsli mütəxəssis əsasən türk futbolu haqda sualları cavablandırıb.
- "Qalatasaray" və "Fənərbaxça"nın Avropa macərasını izlədinizmi?
- Bəli. Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih "Qalatasaray"da böyük bir yol qət etdi. "Real"a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu, "Qalatasaray" üçün çox yaxşı nəticə idi. "Fənərbaxça" da yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları "Beşiktaş"da da görmək istəyirəm.
- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura dönməyi düşünərsiniz?
- İndi "Xəzər Lənkəran"dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm. Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı insanlar çox yaxşıdır. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik. Hələlik burdayam.
-"Fənərbaxça" və "Beşiktaş"ın UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?
- Cəzalardan xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm. Birinin birinə pul verdiyini də görmədim.
- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun inkişafını təqib edə bildinizmi?
- Əslində yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu çox yaxşı bir dönəmdə idi. "Qalatasaray" o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, "Beşiktaş"da xoşbəxt idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı amma "Real" (Madrid) kimi bir komandadan sonra "Beşiktaş"da, o stadionda olmaq çox gözəl idi. "Qalatasaray"a qarşı qazanmış olduğum kubok çox əhəmiyyətli idi və böyük bir an idi.
- Türkiyədən heç təklif aldınızmı?
- Bir neçə dəfə telefonuma zənglər gəldi, amma çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm. Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr kəsildi.
Toşak "Fənərbaxça" və "Qalatasaray"ın böyük klublar olduğunu qeyd edib. Ancaq "Beşiktaş"ın onun ürəyində iz saldığını deyib: "Əgər "Beşiktaş"da olmusunuzsa, "Fənərbaxça" və "Qalatasaray"a hörmət eşidərsiniz. Amma mənim üçün" Fənərbaxça" və "Qalatasaray haqqında düşünmək çox çətindir. Onlara böyük hörmətim var. Böyük klublardır və möhtəşəm tərəfdarları var. Amma Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə də "Beşiktaş"lı olacağam".
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video