"Skenderbeu" klubunun futbolçusu Bledi Şkembi "Neftçi" ilə cavab oyunu öncəsi Albaniya mətbuatına müsahibə verib.
- Bakıda qeydə alınan 0:0 hesabını komanda üçün nə dərəcədə sərfəlidir?
- Bu yaxşı nəticədir. Əgər oyundan öncə bu nəticə haqda düşünsəydik, çox şad olardıq. Ancaq qarşıda cavab matçı var. Bu oyuna da ilk görüşdə olduğu kimi ciddi hazırlaşırıq. Sabah ilk görüşdən daha yaxşı oynamalıyıq.
- Bu nəticədən sonra komandanı növbəti mərhələyə yaxın hesab etmək olar?
- Növbəti mərhələyə yaxın olduğumuzu deyə bilmərəm. Çünki ilk oyunda "Neftçi"nin yaxşı komanda olduğunu və heyətində səviyyəli futbolçuların çıxış etdiklərini gördük. Ona görə düşünürəm ki, "Neftçi" də bizim ilk oyunda etdiyimizi təkrarlamağa çalışacaq. Bu oyunda şansların yenə 50/50-yə olduğunu deyə bilərəm.
- Komandanın ilk görüşdəki oyunu səni razı saldı?
- İlk görüşdə oyunumuz yaxşı alındı. Ancaq son zərbəni vurmağa gücümüz yetmədi. Düşünürəm ki, cavab matçında daha yaxşı oynayacağıq. Lakin bilməliyik ki, hələ heç nə bitməyib. Bizim qol vurmaq üçün yaxşı imkanlarımız var idi, ancaq düzünü desək, "Neftçi" həmin oyunda şansız idi. Qapıçımız Orqes Şehi həmin oyunda mükəmməl oynadı.
- Qarşıdakı cavab oyunundan nə gözləyirsən?
- Biz bu oyunun əhəmiyyətini yaxşı dərk edirik və qarşıdakı 90 dəqiqə karyeramda çox vacib olacaq. İlk görüşlə müqayisədə cavab matçında daha çox güc sərf etməliyik. Bütün diqqətlər üzərimizdə olacaq və bacarığımızın 200 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, əgər məqsədimizə nail olsaq, Çempionlar Liqasının üçüncü mərhələsinə vəsiqə qazanacağıq.
- Səncə, ÇL-in üçüncü mərhələsi "Skenderbeu" üçün nə qədər uzaqdır?
- Əminik ki, biz hələ heç nə etməmişik. Bizi qarşıda çox çətin və vacib tapşırıq gözləyir. Dediyim kimi qarşıdakı 90 dəqiqə futbolçular və komanda üçün çox vacibdir.
- Azərbaycan mətbuatı sizin ilk oyunda bilərəkdən artistlik edərək vaxt uzatdığınızı iddia edir. Bu doğrudur?
- Hər komandanın öz oyun üslubu var. Lakin həmin oyunda bizim film göstərməyə vaxtımız yox idi. Biz çox gözəl futbol nümayiş etdirdik. Bu, onların öz komandalarından narazı qalmalarından irəli gəlir. Ancaq biz öz vəzifəmizi yerinə yetirdik. Mətbuat konfransında mən rəqibə hörmət etdiyimizi, ancaq onlardan çəkinmədiyimizi söyləmişdim. Halbuki, azərbaycanlılar böyük hesabla qalib gələcəklərini iddia edirdilər.
- Necə düşünürsən, "Skenderbeu" növbəti mərhələyə adlayacaq?
- Mən inanıram və ümid edirəm ki, illər sonra yuxum reallığa çevriləcək. Bu il bizim ilimizdir.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video