Rövnəq Abdullayev: "Foqtsun müqaviləsi başa çatanda bu barədə danışarıq"

Rövnəq Abdullayev: "Foqtsun müqaviləsi başa çatanda bu barədə danışarıq"
ÖLKƏ FUTBOLU 22 İyul 2013 / 02:37 2647
-  A +

"Belə oyunlar Azərbaycan futbolu üçün çox faydalıdır. Fikrimcə, bu gün səviyyə fərqi öz sözünü dedi. Ümid edək ki, bizim futbolçular da nə vaxtsa onların səviyyəsinə çatacaqlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Xəzər Lənkəran" - "Fənərbaxça" yoldaşlıq oyunu (0:4) haqda danışarkən deyib.
 
Onun sözlərinə görə, "Xəzər Lənkəran"ın Avroliqanın II təsnifat mərhələsinin "Makkabi" (Hayfa) ilə cavab oyunu ərəfəsində belə qarşılama keçirməsi yaxşı haldır:  “Xəzər Lənkəran”ı “Makkabi” ilə həqiqətən də vacib oyun gözləyir. Amma futbolçulara təcrübə qazanmaq da lazımdı. Belə oyunlar komandaya kömək etməlidir. İsraillilərlə oyunöncəsi bundan gözəl məşq ola bilməzdi. "Xəzər Lənkəran"ın III təsnifat mərhələsinə keçmək üçün hələ şansı var".
 
 
AFFA prezidenti milli komandamızın baş məşqçisi Berti Foqtsun gələcək taleyi haqda da sualı cavablandırıb: "Foqtsla hələ ki, ilin sonuna qədər müqaviləmiz var. Bu barədə müqavilə başa çatandan sonra danışarıq".

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu