“Püşk təkcə “Neftçi”nin yox, digər klublarımızın da üzünə gülür"

“Püşk təkcə “Neftçi”nin yox, digər klublarımızın da üzünə gülür"
ÖLKƏ FUTBOLU 21 İyul 2013 / 14:11 5071
-  A +

“Futbolçularımız Avstriya toplanışında ağır hazırlıq prosesi keçib. Ona görə də komanda tam optimal formada deyil. Ancaq buna baxmayaraq, “Neftçi” rəqibini hər cəhətdən üstələyə bildi”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse prezidenti Tahir Süleymanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu” ilə oyun (0:0) haqda danışarkən deyib.

Klub rəsmisi qeyd edib ki, “Neftçi”nin qalib gələ bilməsə də, komandanın oyununu qənaətbəxş saymaq olar. O, həmçinin rəqib komandanın oyunu həddindən artıq ləngitməsindən danışıb: “Komandamız çoxsaylı qol imkanları yaratdı. Sadəcə rəqibin bəxti gətirdi. Elə ilk hissədə bir neçə yüzfaizli qol şansından yararlana bilmədik. Hücumu tamamlayacaq futbolçumuzun olmaması fikri ilə razılaşmıram. Yeni transferimiz Melvin Platye qadir olduğu oyunun 50 faizini göstərə bilmədi. Buna baxmayaraq, pis təsir bağışlamadı və elə ilk oyundaca azarkeşlər tərəfindən yüksək səviyyədə qəbul olundu. Komandamız hesabı açsaydı, davamı gələcəkdi.
“Skenderbeu”nun futbolçuları ikinci hissədə "Fair-play" qaydalarını pozmaqla məşğul idi. Demək olar ki, onlar hər dəqiqə yerə yıxılırdı. Hakim isə bunlara göz yumurdu. İkinci hissədə rəqib futbolçuları oyunu 10 dəqiqə ləngitsə də, hakim matça cəmi üç dəqiqə əlavə etdi.

“Skenderbeu” ilə ilk oyun artıq tarixdə qaldı. Komandamız cavab oyunu haqda düşünür və ciddi hazırlıq gedir. Albaniyada qələbə qazanaraq növbəti mərhələyə keçəcəyimizə inanırıq”.

T.Süleymanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibləri BATE (Belarus) və “Şaxtyor” (Qazaxıstan) klubları haqda da danışıb. O, püşkatmanın nəticəsindən razı qaldıqları bildirib: “Püşk təkcə “Neftçi”nin yox, digər klublarımızın da üzünə gülür. “Neftçi”nin qarşısına çıxan BATE və “Şaxtyor” nə Milan “İnter”i, nə də “Rubin”dir. Bu baxımdan “Nefçi”ni III təsnifat mərhələsində çətin oyunlar gözləmir. Ancaq buna qədər “Skenderbeu” ilə oyun var. Çalışıb ilk növbədə bu komandaya qalib gəlməliyik. Mütləq şəkildə II mərhələ keçilməlidir”.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu