"Skenderbeu" klubunun baş məşqçisi Mirel Yosa "Neftçi" ilə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.
- Bakıdakı nəticə komandanız üçün nə dərəcədə dəyərlidir?
- Mənim üçün komandanın təlim-məşq toplanışının əvvəlindən bu günə kimi işləməyi nəticədən daha vacibdir. Üstəlik oyunlarda futbolçular birgə əziyyət çəkirlər. Əgər siz oyunçularınıza inanmasınız, onda nəticəyə iddia edə bilməzsiniz. Məqsədə gəlincə, bizim şansımız var və daha öncə də dediyim ki, həmişə uğura ümid edirik.
- İlk oyunda nəyə əmin oldunuz?
- Bakıda uduzub və qalib gələ bilərdik. Ancaq ilk oyun komandamız üçün yaxşı oldu. Futbolçularımız bütün oyunboyu təzyiq altında oynadı. Bununla belə, biz Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq. Çünki qarşıda oynamaq üçün daha bir 90 dəqiqə var.
- Cavab matçında ilk dəqiqələrdən hansı oyunu görmək olar?
- Bakıda 100 faiz gücümüzü qoyduq. Gözlənildiyi kimi, orada meydan sahibləri daha çox hücum edirdi. Ancaq şadam ki, komandamız da hücumlar edirdi. Xüsusilə də ilk hissədə. Son nəticəyə daha çox diqqətimizi cəmləşdirməliyik. Onu nəzərə almalıyıq ki, biz Avropada təcrübəsi olan çox güclü komanda ilə qarşılaşırıq. “Neftçi”nin heyətində yetərincə səviyyəli futbolçular var. Buna baxmayaraq, biz komanda şəklində mərhələ keçəcəyimizə inanırıq.
- Komandanın xarakteri özünü göstərəcək?
- Bizim 4-1-4-1 taktiki sxemi ilə oynamağımız rəqibin hücumlarını gözləməyimiz demək deyil. Bu sxem hücum etməyə də yüksək prioritetlər verə bilər. Buna rəğmən, qarşıdakı günlərdə necə işləyəcəyimizi görəcəyik.
- Bakıdakı 0:0 hesabı sizin üçün nə dərəcədə sərfəli nəticədir?
- Bu hesabın bizim üçün münasib nəticə olduğunu deyə bilmərəm. Ancaq 0:0 hesabı mərhələ keçmək perspektivi verir. Biz çox yaxşı bilirik ki, buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq. Buna görə də ehtiyatlı olmalıyıq.
- Azərbaycan mətbuatı futbolçularınızın ilk oyunda bilərəkdən yerdə qalaraq vaxtı uzatmalarını iddia edirdi...
- Mən heç vaxt futbolçularımı öyrətməmişəm ki, meydanda belə şeylər etsinlər. Azərbaycandakı mətbuat istədiyini deyə bilər. Məsələ ondadır ki, biz belə yox, təmiz futbol oynamışıq.
- Komandanız ilk hissədə yaxşı oynasa da, sonradan oyun səviyyəsi aşağı düşdü. Niyə belə oldu?
- Bu, qətiyyən yorğunluqla bağlı deyildi. Hərçənd “Neftçi” ikinci hissədə hücuma 5 futbolçu ilə çıxırdı. Mən də komandanın lazımı tempdə oynamağını saxlamaq üçün risk etmək istəmirdim.
- İlk oyunla müqayisədə daha hücum edən, peşəkar komandanızı görə biləcəyik?
- Mən komandanı tam hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Əlbəttə, nəticə qazanmaq üçün hücum etməliyik. Ancaq müdafiədə də ehtiyatlı olmalıyıq. Hələ ki, heyətlə bağlı bir şey deyə bilmərəm. Çünki 1, yoxsa 2 hücumçu ilə oynayacağıma hələ qərar verməmişəm. Biz Morina ilə Pejiçin hansı vəziyyətdə olmalarına bu günlərdə baxıb, sonra qərar qəbul edəcəyik.
"Bayer" qarşısıalınmazdır
"Qalatasaray" "Sivasspor"a 6 qol vurdu
“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev
Ayaz Quliyevin gözəl qolu, "Sabah"ın qələbəsi - Video
"Sabah" irəlilədi, "Zirə" yenidən 2-ci pillədə
Tovuzda vurulan qollar - Video
Rəşad Sadlqov qələbəni şərh etdi
Musanın komandasından qələbə
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər
Azərbaycan millisinin üzvü Ukraynada növbəti oyuna çıxdı
"Jirona"ya məğlubiyyət Laportanı qəzəbləndirib
"Bavariya"nın futbolçusu "Real"la oyunu buraxacaq
Tovuzda heyətlər açıqlandı
Qvardiola: "Biz çempion olacağıq"
"Çelsi" Osimhen üçün 90 milyon avro təklif etdi
Messidən MLS rekordu
Rahilin komandası aşağı liqaya düşdü
"Deyiləcək söz yoxdur" - "Neftçi"nin qapıçısı
"Qarabağ" Nərimanla müqaviləni uzatdı
Ardıcıl 5-ci dəfə İspaniya çempionu oldular
"İnter"i 29 oyundan sonra məğlub edən tapıldı - Video
Suaresdən het-trik, Messidən 5 qol ötürməsi
22 il sonra Premyer Liqaya yüksəldilər
"İnter"in 29 oyunluq seriyası qırıldı
"Bavariya" uduzdu, "Borussiya"dan darmadağın
"Mançester Siti" və "Nyukasl" qalib gəldi
"Neftçi"yə qarşı hamı istəkli oynayır" - Qurban Qurbanov
"Real" 36-cı dəfə İspaniya çempionu oldu
"Qarabağ" Bəhlulla yeni müqavilə imzaladı
"Qarabağ"ın 5 cavabsız qolu - Video
"Qarabağ" "Neftçi"ni darmadağın etdi, "Sumqayıt"dan heç-heçə
"Real"dan böyük hesablı qələbə
Samir Abasov: "Futbolçularım ağır görünürdü"
2 qol, 2 qırmızı vərəqə - Video
Şahruddin 90 dəqiqə oynadı, komandası qalib gəldi
"Qarabağ" - "Neftçi": Heyətlər
"Arsenal"dan qələbə