Ötən mövsüm “Simurq”un müdafiə xəttinin dəyişilməz oyunçularından olan Dilaver Zrnanoviç müqaviləsinin müddəti başa çatdığına görə komanda ilə yollarını ayırmışdı. Ancaq məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağırılan bosniyalı futbolçu Zaqatala təmsilçisi ilə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytına müsahibə verən təcrübəli müdafiəçi “sarı-qara”ların hazırlığı və “Simurq”a qayıtmağı haqqında sualları cavablandırıb.
- Hazırlıq necə gedir?
- Bir neçə gündür ki, düşərgəyə qoşulmuşam. Yeni heyət formalaşdırılır. Çoxlu gənc futbolçular transfer edilib. İnanıram ki, mən daxil olmaqla, Anderson, qapıçı Pavel, Ruslan, Polyak kimi bir neçə təcrübəli oyunçularla yanaşı, gənc futbulçularla yeni mövsümə var gücümüzlə hazırlaşacağıq. Yaxşı komanda formalaşdırıb və hazırlaşıb, yeni mövsümdə də iddiamızı ortaya qoyacağıq. Hazırda hər şey qaydasında gedir. Gündəlik məşqlərimizi edib, mövsümün başlamasını gözləyirik.
- Düşərgəyə qoşulduğun günün səhəri “Olimpiakos”la yoldaşlıq görüşündə start heyətdə meydana çıxdın və qol vurdun. Bu barədə nə deyə bilərsən?
- Düzü həmin görüşə tam hazır deyildim. Çünki gecə gəlmişdim və komanda ilə birlikdə yalnız səhər isinmə hərəkətlərində iştirak etmişdim. Ondan əvvəlki bütün gün hava limanında olmuşdum. Bir balaca ayaqlarımda ağırlıq hiss edirdim. Ancaq buna baxmayaraq əsas heyətdə oyuna çıxdım. Rəqibimiz isə sıradan bir komanda deyildi. Son ölkə çempionudur. Yunanıstan Bosniya ilə dünya çempionatının seçmə mərhələsində eyni qrupda olduğundan onların futbolçuları haqqında məlumatım var idi. Yığmada oynayan əksər futbolçular “Olimpiakos”un şərəfini qoruyur. Həmiçinin digər ölkələrin də yığma üzvləri bu komandada oynayır. Ancaq buna baxmayaraq onlara qarşı yaxşı oynadıq. O ki qaldı qola, elə oldu ki, bəxtim gətirdi və düzgün mövqe seçmişdim. Nəticədə, qabağıma düşən topu qapıdan keçirdim.
- Necə oldu ki, “Simurq”a qayıtmağa razı oldun?
- Mövsümün bitməyinə az qalmış artıq klub rəhbərliyi ilə danışıqlara başlamışdım. Həmçinin baş məşqçi də məni komandada yenidən görmək istədiyini demişdi. Həm klubun meneceri, həm də prezindentlə bu barədə söhbətimiz olmuşdu. Bəzi detallar var idi ki, onları razılaşdırmaq lazım idi. Onları qaydasına qoyduqdan sonra yenidən “Simurq”a qayıtdım. Lakin şaiyələr çıxmışdı ki, guya “Qəbələ”ylə və ya hansısa Azərbaycan klubları ilə danışıqlar aparıram. Ancaq bütün bunlara fikir vermirdim. Prinsipcə sərbəst futbolçu idim. Kimləsə müqavilə imzalasaydım da, heç kəslə danışıqlar aparmazdım. Düzü bir neçə təkliflərim də var idi. Ancaq bunlara fikir vermədim və seçimimi “Simurq”dan yana etdim. Artıq rəsmi müqaviləyə imza atmışam. Burada özümü evimdəki kimi hiss edirəm. Həm klub rəhbərliyini, həm də məşqçilər korpusunu yaxşı tanıyıram. Dostum olan komanda yoldaşlarım buradadırlar. Bu baxımdan da istəyim “Simurq”da qalmaq idi və bunu etdim. Yenidən doğma komandamdayam və hazırlıqları davam etdirirəm.
- Sizi qarşıda çətin mövsüm gözləyir. Bu haqda nə deyə bilərsən?
- Düşünürəm ki, hələ vaxtımız var. Fikrimcə bizə daha bir və ya iki təcrübəli futbolçu lazımdır. Həm hücum xəttini, həm də mərkəzi gücləndirməliyik. Əlbəttə, məşqçilər bunu məndən daha yaxşı bilir və onların işinə qarışa bilmərəm. Onlar məşqlərdə görürlər ki, kim daha yaxşı hazırlaşır və oynaya bilər. Düz qeyd edirsiz ki, çətin mövsüm olacaq. Ancaq biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik ki, biz bu cür səviyyəli komandalara qarşı oynaya bilərik. Düşünürəm ki, yaxşı hazırlıq keçdikdən və yoldaşlıq görüşlərində təcrübə topladıqdan sonra heç bir rəqiblə oynamaq bizim üçün çətin olmayacaq. Hətta ola bilər ki, “Rəvan”la oyun bizim üçün ağır olsun, nəyin ki, “Neftçi” və ya “Xəzər Lənkəran”la. Fikrimcə, başdan biz oyunlara mərhələ-mərhələ hazırlaşmalıyıq. Əvvəlcə ilk rəqibimiz olacaq “Rəvan” haqqında düşünməliyik. Ondan sonra isə “Xəzər Lənkaran” və digər görüşlər barəsində. Ötən mövsümdə heç kəs bizdən bu cür nəticə gözləmirdi. Bir neçə tur məğlub olmadıq. Bir müddət ilk pilləni heç kəsə vermədik. Ancaq düzü sonda göstərdiyimiz nəticədən razı qalmadım. Bu gün biz Avropa yarışlarında oynamalı idik. Lakin idman şansı bizim tərəfimizdə olmadı.
- İstirahətini necə keçirdin?
- Mövsüm başa çatan kimi ölkəmə qayıtdım. Çünki çox darıxmışdım. Bir müddət orada qaldıqdan sonra Avstriyaya gəldim. Qız dostumla dəniz kənarına getdik. Yaxşı istirahət etdikdən sonra yenidən Bosniyaya qayıtdım. Qardaşımın toyunda iştirak etdim. Bir neçə gündə istirahət edib, formamı itirməmək üçün məşqlərə başladım.
- Azərkeşlər sənin yenidən komandaya qayıtmağına çox sevindilər. Burdan onlara nə deyərdin?
- Futbolçu həyatı elədir ki, bu gün burdasan, sabah başqa komandada. Əlbəttə, mövsümün sonunda bir çox futbolçunun klubla yollarını ayırması azərkeşlərimizi üzməyə bilməzdi. Ancaq bu “Simurq”un məşqçilərinin, prezidentinin, idarəçilərinin işidir. Onlar seçirlər kim qalacaq, kim gedəcək. Gedənlərə karyeralarında uğurlar arzulayıram. Lakin məşqçimizə inanıram. Bilirəm ki, o gedənlərin yerinə elələrin seçəcək ki, komandaya gələcəkdə xeyr verəcəklər, yenidən yaxşı nəticələr əldə edəcəyik. Azərkeşlərimizə onu deyə bilərəm ki, yeni mövsümdə məşqçimizin yeni quracağı komanda ilə onları sevindirməyə çalışacayıq.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video