"Neftçi" kimi güclü rəqiblə heç-heçə oynamaq gözəl hissdir. Düşünürəm ki, biz təəccübləndirməyi bacardıq. Bu oyuna yaxşı hazırlaşmışdıq və əsas məqsədimiz ilk oyundan sərfəli nəticə ilə ayrılmaq idi ki, buna da nail olduq. Bir qədər bəxt bizim tərəfimizdə olsa, hər şey başqa cür olacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Skenderbeu" klubunun müdafiəçisi Renato Arapi deyib.
Albaniya mətbuatına danışan Arapi "Neftçi"ni keçəcəklərinə inandığını bildirib: "Bakıdakı oyun çox təsirli idi. Avropa təcrübələri göstərir ki, biz "Neftçi"ni keçə bilərik. Lakin qarşıda hələ 90 dəqiqə var. Tələsməli deyilik. Doğma meydanda qol vurmalı və daha sonra müdafiə olunmalıyıq. Ancaq rəqibə qarşı oyunda ehtiyatlı olmalıyıq. Azarkeşləri razı salmaq və III təsnifat mərhələsinə yüksəlmək üçün Korçedə Bakıdakı görüşdən daha yaxşı çıxış etməliyik. Şanslar yenə 50/50-yə olaraq qalır. Düşünürəm ki, maksimum azarkeş dəstəyi və bir qədər uğur sayəsində "Neftçi"ni keçə bilərik".
Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu iyulun 23-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Keyn, Haaland, Mbappe...
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə