Qurban Qurbanov: "Polşada daha aqressiv olmalıyıq"

Qurban Qurbanov: "Polşada daha aqressiv olmalıyıq"
ÖLKƏ FUTBOLU 19 İyul 2013 / 00:55 2969
-  A +

“Oyundan razı qaldım. Hər bir oyunçumuz meydanda sona qədər mübarizə apardı. Ən bəstəboy futbolçularımız belə rəqibin hündürboy oyunçuları ilə mübarizə apara bilirdi. Rəqib elə biz gözləyən oyunu göstərdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Piast"la oyundan (1:2)  sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi oyunun nəticəsindən razı qaldığını bildirib: "Çalışırdıq ki, minimal hesabla olsa da qalib gələk. Şükürlər olsun ki, bunu bacardıq. Qol buraxmaq planımızda yox idi. Hesabda geri düşməyimiz bir qədər işimizi çətinə saldı. Ancaq oyunçularımız əzmkar oyunla nəticəni yaxşılaşdırdılar. Almeydanın gözəl oyununu qeyd etmək istərdim".
 
Q.Qurbanov  Cavab matçı haqqında da danışıb. O, qeyd edib ki, cavab matçında daha aqressiv oynamaq lazımdır: "Rəqib"in səfərdə bizə qol vurması üstünlüy sayıla bilər. Bilirik ki, "Piast öz meydanında çox aqressiv oynayır. Biz də bunu nəzərə almalıyıq. Səfərdən sərfəli nəticə ilə dönməyə çalışacağıq"

Q.Qurbanov "Qarabağ"ın hücumçusu Nikolos Gelaşvilinin oyunu haqda da danışıb. Bildirib ki, qol vurmasa da, onun oyunundan razıdır: "Bəzən fikirləşirik ki, hər oyunda hücumçu qol vurmalıdır. Ancaq elə hücumçu tapmaq çətindir. Əsas odur ki, hücumçularımız komandanın oyun sisteminə uyğun oynaya bilir".
 
Q.Qurbanov hakimlikdən razı qalmadığını bildirib: "Hakim bəzi epizodlarda səhvə yol verdi. Reynaldoya sarı vərəqə verdiyi epizod gözümün qarşısında baş verdi. Orda qayda pozuntusundan söhbət gedə bilməzdi. Çünki Reynaldo topa oynamışdı. Ancaq hakimlikdən çox danışmaq lazım deyil".

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"