Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Bu gün üç klubumuz Avroliqanın I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. İlk oyunun nəticələrinə əsasən komandalarımızın şanslarınızı necə qiymətləndirirsiniz?
- Başlayaq “Qarabağ”dan. Bu komanda səfərdə “Metallurq”a 1:0 hesabı ilə qalib gəlməklə mərhələnin taleyini böyük ölçüdə öz xeyrinə həll edib. Ancaq bu, o demək deyil ki, “Qarabağ” bugünkü oyuna rahat çıxacaq. Makedoniya həmişə futbol ölkəsi olub. Ona görə də “Qarabağ” bu gün çox diqqətli olmalıdır. Xüsusilə müdafiədə ayıq-sayıq olmaq lazımdır. Çünki rəqib bir qol vursa, hesab bərabərləşəcək və “Qarabağ” çox təhlükəli duruma düşəcək. Arzu edirəm ki, “Qarabağ” ənənəvi oyununu göstərə bilsin. Belə olsa, ikinci mərhələyə adlayacaq. “Qarabağ”ın taleyi öz əlindədir. Sadəcə, komandaya motivasiya lazımdır. “Xəzər Lənkəran”ın isə şansı “Qarabağ”dan azdır. Səfərdə 1:1 hesabının qeydə alınması aldadıcı ola bilər. Çünki “Xəzər Lənkəran” Maltada yaxşı oynamadı. Öz qapısından qol buraxmaqla işini çətinləşdirdi. Avropa oyunlarında qol buraxmaq növbəti oyunda komandanı həyacanlı edir. Bununla belə, düşünürəm ki, “Xəzər Lənkəran” böyük azarkeş toplusu qarşısında qalib gələcək və ikinci mərhələyə keçəcək. “İnter”ə gəldikdə isə, bu komanda dogma meydanda qol buraxmaqla özünə problem yaratdı. “İnter” hesabı açdıqdan sonra müdafiəyə meyilli oldu. Təşəbbüsü əldən verdilər. Ancaq “İnter” qol vurduqdan sonra da hücumlara ara verməməli idi. Mərhələnin taleyini həll etmək üçün öz meydanında daha çox qol vurmalısan. Onu da qeyd edim ki, “İnter” səfərdə daha yaxşı oynayan komandadır. Buna görə də “İnter”in də növbəti mərhələyə keçəcəyinə inanıram.
- Komandalarımızın ilk oyununa baxdıqda hansı çatışmazlıqları gördünüz?
- Hazırlıq dövrünün qısa olmasına görə, klublarımızda müəyyən problemlər oldu. “İnter” hazırlığa ən birinci başlasa da, elə ən böyük problem də bu komandadadır. Çünki 2-3 ildir ki, “İnter”də hücumçu qıtlığı var. Hələ ki, bu problem aradan qaldırmayıblar.
- “Qarabağ” və “Xəzər Lənkəran”ın yeni transferlərlə çıxışını necə qiymətləndirirsiniz?
- “Xəzər Lənkəran”ın yeni transferlərinin çoxu Azərbaycanda oynayan futbolçudur. Ona görə də komandaya uyğunlaşmaq çətin olmayacaq. “Qarabağ”ın yeni transferlərinin oyununu isə bugünkü oyunda görəcəyik.
- Sizcə, bugün öz meydanımızda oynayan “Qarabağ” və “Xəzər Lənkəran” hansı taktika ilə çıxış etməlidir?
- Bizim komandalarımız o dərəcədə inkiş etməyib ki, hər oyuna bir taktika ilə çıxa bilsinlər. Ona görə də, hər bir komandamız öz taktikası ilə oynamalıdır. Əsasən də “Qarabağ”a öz oyununu oynamaq lazımdır. Çünki “Qarabağ” topu özündə yaxşı saxlamağı bacarır. Səfərdən qələbə ilə qayıtdığı üçün “Qarabağ” rəqibin topa nəzarət etməsinə imkan verməməlidir. Çünki “Metallurq” hesabda geridir və ilk dəqiqələrdən hücuma atılacaq.
- Sırf hücum futboluna üstünlük verilməlidir, yoxsa müdafiə olunaraq, əks hücumlara keçmək lazımdır?
- “Xəzər Lənkəran” və “Qarabağ” ilk oyunun nəticəsinə görə, sərbəst oynamalıdır. Yəni hazırkı nəticə onları qane etdiyi üçün müdafiəyə ciddi fikir verərək, yeri gəldikcə hücumlara atılmalıdır. Ancaq “İnter” mütləq səfərdə qol vurmalıdır. Ona görə də, ilk dəqiqələrdən hücum futbolu oynamalıdır. Bununla yanaşı hər bir komandanın öz oyun üslubu var. Bu üslubdan kənara çıxanda komandalarımızın oyunu alınmır. Ona görə də dediyim ki, hər bir komandamız öz oyununu oynamalıdır.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video