"Con Toşakdan "Qarabağ" haqda məlumat almamışıq"

"Con Toşakdan "Qarabağ" haqda məlumat almamışıq"
ÖLKƏ FUTBOLU 10 İyul 2013 / 21:55 3237
-  A +

"Keçən oyunda komandamın performansından razı qalmamışdım. Yay hazırlıq dönəmində “Qarabağ”la oyuna sadəcə 7-10 gün hazırlaşa bildik. Ona görə də, öz səviyyəmzi göstərə bilmədik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Metallurq klubunun baş məşqçisi Srcan Zaharievski Avroliqanın I təsnifat mərhələsinin "Qarabağ"la sabah keçiriləcək cavab oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
 
Baş məşqçi qeyd edib ki, ilk oyuna yaxşı hazırlaşa biməsələr də,sabahkı oyuna tam hazırdılar: "İlk oyundan 7 gün vaxt keçib. İndi daha yaxşı hazırlaşmışıq və daha yaxşı oyun sərgiləyəcəyimizi düşünürük. “Qarabağ” ilk oyunda çox yaxşı oynadı və layiqli qəlbə qazandı. Biz də səfər də uğur qazanmaq istəyiriksə, mütləq qol vurmalıyıq".
 
Srcan Zaharievski klublarının inkişafda olduğunu vurğulayıb: "Son zamanlar Azərbaycan futbolu inkişafdadır. Buna görə də, “Qarabağ” və başqa klublarınız Avroliqanın qrup mərhələsinə düşə bilər".
 
Srcan Zaharievski "Qarabağ"ıın yarımmüdafiə xəttini yüksək qiymətləndirib: "Xüsusilə “Qarabağ”ın orta xətti güclüdür. Cinahları da sürətlidir. Düşünmürəm ki, futbolçularımda psixolji gərginlik olsun".
 
Srcan Zaharievski "Qarabağ" haqda kifayət qədər məlumat topladıqlarını da deyib: "İllər öncə və indi Azərbaycan klublarında çıxış edən makedoniyalı futbolçulardan məlumat toplamışıq. Bundan əlavə Azərbaycanda çalışmış mütəxəssislər də bizə "Qarabağ"dan danışıb. Vaxtilə Makedoniya millisini çalışdırmış Con Toşakdan isə  məlumat almamışıq". 

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"