“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- Avroliqanın ilk təsnifat mərhələsinin birinci oyununda “Qarabağ” səfərdə “Metallurq”a 1:0 hesabı ilə qalib gəldi. Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Əlbəttə ki, oyun “Qarabağ” üçün çox yaxşı keçdi. Çünki səfərdən qələbə ilə qayıtdıq. Ancaq bu o demək deyil ki, mərhələni keçmişik. İnşallah, sabahkı oyunda hər şeyə aydınlıq gələcək. Hesaba görə arxayınlaşmaq lazım deyil. Üstünlüyümüz olsa da, diqqətli olmalıyıq.
- Yeni transferlərlə “Qarabağ”ın ilk oyunu size qane etdi?
- Nəticə məni qane etdi. Ancaq texniki tərəflərini baş məşqçi daha yaxşı bilər.
- “Qarabağ” üç il bundan qabaq da “Metallurq” səddini keçmişdi. Sabahkı oyunda necə, “Metallurq”u mübarizədən kənarlaşdırmaq çətin olmayacaq?
- Məqsədimiz sabahkı oyunda qalib gələrək ikinci mərhələyə adlamaqdır. İnanırıq ki, “Qarabağ” sabah qalib gəlməklə yanaşı azarkeşlərə baxımlı oyun nümayiş etdirəcək.
- “Qarabağ”ın və “Metallurq”un 2010/11 mövsümündəki heyəti ilə indiki arasında nə kimi fərq var?
- Əgər Makedoniyadan qələbə ilə qayıdırıqsa, deməli, heyətimiz heç də əvvəlki illərdən geri qalmır. “Metallurq”da indi daha əzmkar mübarizə aparır. Onu da qeyd edim ki, səfərdə qələbə qazanmaq komandamız üçün heç də asan olmadı. Ancaq inanıram ki, üç il bundan qabaq olduğu kimi yenə də, “Metallurq” səddini keçmək bizim üçün çətin deyil.
- Komandanız ikinci təsnifat mərhələsində Polşanın “Piast” klubu ilə qarşılaşa bilər. İndidən bu komanda ilə maraqlanmağa başlamısınız?
- Təbii ki, bu işləri görən texniki heyətimiz var. Ancaq bu gün bütün duqqətimiz sabahkı oyunadır.
- Bəs “Piast” klubundan “Qarabağ”ın sabahkı oyununu izləyənlər olacaq?
- Bu barədə bizə müraciət olunmyıb.
- Yeni transferlər nəzərdə tutulub?
- Bu, baş məşqçinin istəyindən asılıdır. Qurban müəllim hansı futbolçunu məsləhət bilsə, onunla danışıqlara başlayacağıq. Hazırda baş məşqçimiz orta xətt oyunçusunun gətirilməsini istəyir. Sabahkı oyundan sonra bu məsələ ilə ciddi məşğul olacağıq və yaxın günlərdə qərar veriləcək.
- “Qarabağ” bu il də Avroliqada Azərbaycanı sevindirə biləcək? Komandanız hansı hədəf üçün çalışır?
- Həmişə olduğu kimi bu il də çalışırıq ki, Avroliqada maksimum irəliləyək. Hədəfimiz də budur. Yəni ilk növbədə qrup mərhələsinə düşmək istəyirik. Bacardığımız qədər irəli getməyi qarşımıza məqsəd qoymuşuq.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"