"Metallurq"un baş məşqçisi: "Qarabağ" bizdən güclüdür"

"Metallurq"un baş məşqçisi: "Qarabağ" bizdən güclüdür"
ÖLKƏ FUTBOLU 10 İyul 2013 / 12:58 2474
-  A +

Avropa Liqasının I təsnifat məhələsinin cavab oyunu çərçviəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Metallurq" klubunun baş məşqçisi Srcan Zaharievski paytaxtımıza gəlməmişdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis "Qarabağ"ın daha güclü komanda olduğunu bildirib:

"Sabahkı oyunda məğlub olmağımız heç nə demək deyil. Bakıda yaxşı oyunla beynəlxalq təcrübəmizi artıra bilərik. Deyə bilmərəm ki, ilk oyundan sonra "Qarabağ"ı yaxşı tanıyırıq. Ancaq rəqib bizdən güclüdür. "Qarabağ"ın heyətində bir neçə futbolçu var ki, onlara qarşı diqqətli oynamalıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Metallurq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Makedoniyada baş tutan ilk görüşdə 1:0 hesabı qeydə alınmışdı.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"