Yunis Hüseynov: “Xəzər Lənkəran”ın ikinci mərhələni keçəcəyinə inanmıram"

Yunis Hüseynov: “Xəzər Lənkəran”ın ikinci mərhələni keçəcəyinə inanmıram"
ÖLKƏ FUTBOLU 9 İyul 2013 / 16:35 4760
-  A +

“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi


- Hazırda nə işlə məşğulsunuz?

- Hələ ki, istrahət edirəm.

- Hansısa klubdan təklif gözləyirsiniz?

- Yəqin ki, təklif olacaq. İndi işimiz gözləməkdir. 

- Artıq klublarımız Avroliqada ilk oyunlarına çıxdılar. Komandalarmızın çıxışı haqda bir mütəxəssis kimi fikirlərinizi öyrənmək istərdik.

- İlk növbədə bütün komandlarımıza uğurlar arzu edirəm. Onların çıxışlarına gəlikdə isə “Qarabağ” demək olar ki, 99 faiz birinci mərhələdəki işini həll edib. İkinci mərhələdə isə rəqibi Polşanın “Piast” komandası olacaq. Mənə elə gəlir ki, bu rəqib də keçiləsi komandadır. Elə “Piast”ın oyunçularının müsahibələrindən də bilmək olur ki, komanda o dərəcədə də güclü deyil. Ona görə də məncə, “Qarabağ” “Piast”ı da mübarizədən kənarlaşdıracaq. “Xəzər Lənkəran”ın isə oyununa baxmışam. Komanda xoş təsir bağışlamadı. Sanki komandanın gücü yox idi. Üstəlik hesab 1:0 olanda “Xəzər Lənkəran” arxayınlaşdı. Ona görə də, rəqib hesabı bərarərləşdirdi. Ancaq buna baxmayaraq, inanıram ki, “Xəzər Lənkəran” öz meydanında rəqibinə 2-3 top fərqi ilə qalib gələcək və növbəti mərhələyə adlayacaq. Ancaq ikinci mərhələyə adlasa, “Makkabi” (Hayfa) ilə düşəcək. “Makkabi” də hazırda çox güclənib. Hətta bu yaxınlarda  “Neftçi” ilə yoldaşlıq görüşü keçirdi və qalib gəldi. Açığı, “Xəzər Lənkəran”ın ikinci mərhələni keçəcəyinə inanmıram. “İnter”ə gəldikdə isə, oyuna pis başlamadı. Onu da deyim ki, “İnter”in rəqibi  “Mariehamn” yaxşı komandadır. Əgər onların iki əsas futbolçusu zədələnib meydandan çıxmasaydı, “İnter” məğlub ola bilərdi. Amma buna baxmayaraq, “İnter”də növbəti mərhələyə keçə bilər. Bunun üçün əzmkarlıq göstərmək lazımdır. İkinci mərhələdə “İnter”ə rəqib olacaq komandalar haqda isə elə də məlumatım yoxdur.

- Siz “Xəzər Lənkəran”da baş məşqçi olarkən Avroliqanın ilk təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” komandası ilə ev oyununda 2:2 hesablı nəticə qeydə alınsa da, səfərdə 2:0 hesabı qalib gələrək növbəti mərhələyə keçmişdiniz. “İnter”də öz meydanında 1:1 oynamaqla səfərdən sərfəli nəticə ilə qayıda bilər?

- Qeyd etdiyiniz kimi oxşar nəticələrdir. Komandların oyunları da bir-birinə bənzəyir. “Mariehamn” da “Nomme Kalyu” klubu kimi əzmkarlıq göstərir. “Mariehamn” intizamlı və stabil komandadır. Ancaq “İnter” səfərdə qalib gələ bilər.

- Komandalarımızdan hansı daha yaxşı çıxış etdi?

- “Qarabağ”ın oyununa baxa bilməsəm də, “Metallurq”un baş məşçisi və futbolçularının verdiyi müsahibələrdən aydın olur ki, “Qarabağ” layiqli qələbə qazanıb.

- Bəs, hansı komandamız gözləniləndən aşağı səviyyədə oynadı?

- Dediyim kimi, “Xəzər Lənkəran”ın oyunundan isə heç xoşum gəlmədi. Komanda fiziki cəhətdən sıfır səviyyədə idi. Baş məşqçi Con Toşakın oyunun 60-cı dəqiqəsində hər üç əvəzləmədn istifadə etməsini başa düşə bilmədim. UEFA oyunlarında adətən belə dəyişiklik edilmir. “Xəzər Lənkəran” qarşıda 30 dəqiqə olduğu halda, bütün əvəzlənmələrdən istifadə etmişdi. Futbolçular isə bir-birini qətiyyən başa düşmürdü. “İnter” isə oyunun ilk 20 dəqiqəsini və sona 10 dəqiqə qalmış yaxşı oynadı. Qalan vaxtlarda isə bərabər səviyyəli oyun getdi. Yəni “İnter”in rəqibdən üstün oynadığını demək olmaz.

- “İnter”də futbolçu kasadlığı olması ilə razısınız?

- Bəli. Komandanın əsas futbolçuları gedib. Hansı ki, onların çoxu müdafiəçi idi. Həm də onlar  komandanın təcrübəli üzvləri idi. Yeni gələn futbolçular isə hələ komandaya uyğunlaşmayıb. Hiss olunurdu ki, futbolçular bir-birini başa düşmür. Ona görə də, komanda yaxşı təsir bağışlamadı.

- “Xəzər Lənkəran”ın yeni futbolçuları necə təsir bağışladı?

- Onların da oyunu görsənmədi. Hələ komandaya uyğunlaşmayıblar. Düzdü, Nildo qol vurdu. Ancaq qolun səbəbkarı da Tounkara oldu. Ümumiyyətlə, yeni transferlər heç nə ilə yadda qalmadı.

- Hansı komandamız Avroliqanın qrup mərhələsinə qədər irəliləmək gücündədir?

- Qrup mərhələsinə düşmək rəqiblərdən də asılıdır. Komandalarımızdan “Qarabağ”ın iki mərhələ keçəcəyini deyə bilərəm. Ancaq üçüncü rəqibin kimliyini bilmədiyimə görə, qrup mərhələsi haqda danışa bilmirəm. “Neftçi” Çempionlar Liqasında mübarizə apardığı üçün Avroliqanın qrup mərhələsinə düşmək onlar üçün asan ola bilər. Çünki “Skenderbeu”dan sonra daha bir komandanı keçsə, artıq Avroliqanın qrup mərhələsinə düşəcək.   

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"