"Metallurq"un heyətində "Qarabağ" üçün təhlükəli futbolçular var"

"Metallurq"un heyətində "Qarabağ" üçün təhlükəli futbolçular var"
ÖLKƏ FUTBOLU 7 İyul 2013 / 15:43 3493
-  A +

“Rəqib komanda mənə də tanış idi. “Qarabağ”ın heyətində Avroliqadakı ilk oyunumu məhz “Metallurq”a qarşı keçirmişdim.  Bu oyuna gəldikdə isə bizim üçün çətin oldu. İlk qarşılaşma heç vaxt asan olmur. Ancaq buna baxmayaraq, bizə lazım olan vacib qələbəni əldə etdik.”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev Avroliqanın ilk təsnifat mərhələsinin birinci oyununda Makedoniyanın “Metallurq” klubuna qarşı keçirdikləri matç (1:0) haqda danışarkən deyib.

Onun sözlərinə görə, səfərdə 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, rəqib “Qarabağ”a çətin anlar yaşadıb. “Metallurq”un indiki heyəti daha qurucu futbol oynayır. 1-2 futbolçudan başqa, demək olar ki, bütün heyəti dəyişib. İndi daha əzmkar futbol oynayırlar. Heyətində elə futbolçular var ki, bizim üçün çox təhlükəli ola bilərlər. Hətta oyunun ikinci hissəsində müəyyən vaxt ərzində həmin futbolçuların hesabına rəqib bizi üstələyə bildi”.

Q.Qarayev “Qarabağ”ın səfər matçından  qaneedici hesabla döndüyünü bildirib: “Əsas məqsədimiz səfərdə qol vurmaq idi. Çünki bu, cavab oyunu ərəfəsində çox böyük üstünlük deməkdir. Şükürlər olsun ki, bunu da bacardıq. Əgər oyundan qolsuz bərabərliklə ayrılsaydıq belə, bu, bizim üçün pis nəticə olmazdı”.

Q.Qarayev cavab matçı üçün komandaların şanslarını belə dəyərləndirib: “Kimsə “Qarabağ”ı daha şanslı görə bilər. Ancaq məncə, şanslar 50/50-yədir.  Futbolda çox sayda görünüb ki, komanda öz meydanında məğlub olur, səfər meydanından qələbə ilə qayıdır. Buna görə də, arxayın olmamalıyıq. Hər hansıı bir pis nəticə bizi arkeşlərin yanında utandırar və çox məyus ola bilərik. Ona görə də, bu oyuna çox ciddi hazırlaşırıq. Heç bir üstünlük barədə düşünmürük”. 

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"