Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda dünən Finlandiyanın “Mariehamn” komandasına qarşı keçirilən oyunla (1:1) bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Hamı “İnter”dən qələbə gözlədiyi halda niyə qalib gələ bilmədiniz?
- İlk dəqiqələrdən qol vurmaq istəyirdik. Buna da nail olduq. Ona görə də oyuna yaxşı başladığımızı demək olar. Qoldan sonra bizdə arxayınlıq oldu. Bu səbəbdən ilk hissənin ortalarından sonra yaxşı çıxış etmədik. İkinci hissədə komandamız pis oynamadı. Ancaq bir neçə qol imkanından istifadə edə bilmədik. Təəssüf ki, ilk hissənin sonunda zədələnərək oyunu tərk etməli oldum.
- Zədən ciddidir?
- Hazırda ayağım ağrıyır. Komandamız məşq edir, mən də qıraqdan baxıram. Bu gün saat 2-də həkim müayinəsindən keçəcəmyə və zədəmə dəqiq diaqnoz qoyulacaq. Ayaq əzələmdə dartılma var. Çox güman ki, əzələ cırılması da var.
- “Mariehamn” klubu haqda nə deyə bilərsən?
- Rəqib gözlədiyimiz kimi çıxış etdi. Bilirdik ki, onlar əks-hücumlarda nəsə edə bilərlər. Gördüyünüz kimi, çox sürətli əks-hücumlar edirdilər.
- “İnter”də sanki futbolçular bir-birini başa düşmürdü. Həm də komandanızda sürət yox idi.
- Bu, yeni futbolçularla bağlı ola bilər. Bir neçə futbolçu ilk dəfə idi ki, “İnter”lə rəsmi oyuna çıxırdı. Yeni futbolçuların bəzisi cəmi bir həftədir heyətimizə qoşulub. Yəni oyuna tam hazır ola bilməmişdik. Tədricən onlar da komandaya uyğunlaşacaq. Cavab oyununda hər şey yaxşı olacaq.
- “İnter”dən bir neçə təcrübəli əsas heyət oyunçusu ayrıldı. Onların yoxluğu dünənki oyunda özü göstərdi?
- Məncə, həmin futbolçuların yoxluğu hiss olunurdu.
- Oyuna qədər “Mariehamn” klubuna yaxşı bələd deyildiniz. Artıq rəqibin zəif və güclü tərəflərini müəyyən edə bildiniz?
- Rəqibin oyunlarının videoyazılarını izləmişdik. Ancaq komandaya qarşı oynayanada onu daha yaxşı tanıyırsan. Əlbəttə ki, rəqibin çatışmazlıqlarını gördük. Baş məşqçimiz də cavab oyunu üçün müəyyən tapşırılarını verəcək.
- Rəqibin hansı üstün cəhətini qeyd edə bilərsən?
- Əsasən sürətli olmalarını deyə bilərəm. Əks-hücumda bizim üçün çox təhlükəli ola bilərlər. Həm də əksəriyyəti ucaboy futbolçulardır. Standart vəziyyətləri yaxşı yerinə yetirirlər.
- “Mariehamn”ın səfərdən 1:1 hesabı ilə dönməsi onların növbəti mərhələyə keçməkdə daha şanslı olduğunu demək olar?
- Onlar daha şanslı görünə bilər. Ancaq yenə də, “İnter”i şanslı görürəm. 99 faiz əminəm ki, növbəti mərhələyə biz keçəcəyik.
- Komandanın vacib qoluna imza atdın. “İnter”in hazırkı durumunda qol ümidi sənədir. Növbəti oyunda da azarkeşlər səndən qol gözləsin?
- Çox arzulayıram ki, zədəm ciddi olmasın və ikinci oyuna çıxım. Cavab matçına çıxsam, onda da qol vurmağa çalışacağam.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video