“Neftçi”nin transfer etmək üzrə olduğu kamerunlu futbolçu Ernest Nfor məxsus olduğu Belçikanın “Kortjik” komandasından qovulub. Qol.Az-ın Hollandiyanın ad.nl saytına istinadən yaydığı xəbərə görə, bu haqda klubun baş direktoru Patrik Turcq məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, buna bu həftənin bazar ertəsi keçirilən söhbət zamanı futbolçunun baş məşqçisi Hein Vanhaezebrouk və onun özüylə münaqişə yaratması səbəb olub. O qeyd edib ki, Ernest Nfor həm onu, həm də məşqçinin ailəsini öldürəcəyi ilə hədələyib. “O, məni boğazımdan tutaraq mənə fiziki xəsarət yetirmək istədi, ailəmi ölümlə təhdid etdi” – deyə klub rəsmisi bildirib.
Patrik Turcq bildirib ki, futbolçunu “Red Star” klubuna 250 min avroya satmaqla bağlı razılığa gəlsələr də, Ernest Nfor bundan imtina edib: “O, “Neftçi”də oynamaq istədiyini söylədi. Bu zaman Nfor dedi ki, klubun tələb etdiyi təzminatı ödəməyəcəklər. Lakin mən təmsil etdiyim klubun marağından çıxış edərək ona dedim ki, sən müqavilə ilə bizə məxsussan və təzminatı verməlisən. Amma o, qışqıraraq boğazımdam yapışdı, ailəmi ölümlə hədələdi. Eyni zamanda baş məşqçini də eyni sözlərlə təhdid etdi”.
Klub rəsmisi qeyd edib ki, məsələylə bağlı polisə şikayət ediblər.
Nfor isə bildirib ki, vəkili ilə məsləhətləşmədən sonra açıqlama verəcək.
Qeyd edək ki, bu hadisədən sonra Nforun "Neftçi"yə transferində problem yaranacağı istisna deyil.
Xatırladaq ki, Nfor bu yaxınlarda "Neftçi"də baxışda olub. Klub rəsmisi Tahir Süleymanov bir neçə gün öncə Qol.Az saytına bildirmişdi ki, kamerunlu futbolçunun transferini yekunlaşdırmaq üzrədilər, lakin futbolçu məxsus olduğu klubla təzminat məsələsi ilə bağlı məsələni yoluna qoymalıdır.
Məhz "Neftçi"nin düşərgəsindən qayıtdıqdan sonra Nfor Hollandiya klubunun rəhbərliyi ilə müzakirə aparıb və nəticədə belə bir problem yaranıb.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video