"Oyuna yaxşı başladıq. Erkən qol da vurduq. Hər zaman ilk oyun çətin keçir. Bir neçə qol epizodları yaratsaq da, rəqib qapıçı yaxşı oynadı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Mariehamn"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis komandasının bu səddi keçməli olduğunu bildirib: "Topa yaxşı nəzarət edirdik. Mənfi cəhətimiz az pressinq etməyimiz oldu. İkinci hissədə də topa nəzarət bizdə idi. Buraxdığımız qol bizə yaraşmadı. Çünki rəqib bizim qapımıza yaxınlaşa bilmirdi. Sanki onlara qolu hədiyyə etdik. Evde 1:1 hesabı yaxşı nəticə deyil. Düşünürəm ki, "İnter" bu səddi keçməlidir".
Vaqif Cavadovun zəif çıxışı haqda səslənən fikirlə razılaşmayan K.Sxadadze bunları deyib: "Vaqif millinin üzvüdür. Kimsə onun potensialına şübhə edə bilər. Ancaq mən onun oyunundan razıyam. İlk oyun olduğu üçün Vaqifdə müəyyən gərginlik var idi. Cavab oyununa çox yaxşı köklənməliyik. Səfərdə mütləq qol vurmalıyıq".
Qeyd edək ki, "İnter" - "Mariehamn" oyunu 1:1 hesabı ilə başa çatıb.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü