“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Avroliqanın ilk təsnifat mərhələsində səfərdə Makedoniyada “Metallurq”a 1:0 hesabı ilə qalib gəldiniz. Oyun haqda fikirlərini bilmək istərdik.
- Qarşılaşma bizim üçün ağır keçdi. Əvvəldən də gözləyirdik ki, bizi asan oyun gözləmir. Rəqib güclü müqavimət göstərdi. Oyuna əsasən biz nəzarət edirdik. Demək olar ki, 70 faiz üstünlüyümüz var idi. Qol epizodları da bizdə daha çox oldu. Yaranan qol şanslarını dəyərləndirə bilsəydik, hesab daha böyük olardı. Rəqib də 2-3 dəfə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Ancaq şükürlər olsun ki, qalib gəlib, səfərdən yaxşı nəticə ilə qayıtdıq.
- “Metallurq”la iki il əvvəl də qarşılaşmışdınız. Rəqib həmin dövrdəkindən fərqlənirdi?
- Bəli. Demək olar ki, tamamilə fərqli komanda olub. İndi daha çox hücum edir, top saxlamağı yaxşı bacarır.
- Heyətlərində “Qarabağ” üçün təhlükəli futbolçular var?
- Bir neçə xüsusi seçilən futbolçuları var. Əsas da ortada oynayan hücumameyilli futbolçu daha təhlükəlidir.
- Komandanızın oyunundan razı qaldınız?
- Həmişə birinci oyun bizə ağır gəlir. Sonradan tam formaya düşürük. Ancaq bu dəfə normal çıxış etdik. Məncə, yeni futbolçular da komandaya uyğunlaşdıqca oyunumuz daha gözəl olacaq.
- Yeni futbolçuların oyunu haqda nə deyə bilərsən?
- Nikolas Gelaşvili haqda onu deyə bilərəm ki, komandaya tez uyğunlaşacaq. Çünki oyun stili “Qarabağ”ın sisteminə uyğun gəlir. O da bizim ki, top saxlamağı bacarır. Digər yeni futbolçular üçün isə biraz vaxt lazımdır ki, komandaya tam uyğunlaşsınlar. “Qarabağ”ın oyun sistemi elədir ki, komandanın oyun qurluşunu öyrənmək yeni futbolçulara çətin olmayacaq.
- “Qarabağ”ın növbəti mərhələyə keçəcəyinə hər kəsdə inam çoxdur. Sən necə fikirləşirsən?
- Biz ilk oyunun nəticəsini unutmuşuq. Cavab oyununa elə çıxacağıq ki, sanki səfərdən 0:0 hesablı nəticə ilə dönmüşük. Yəni qarşılaşmaya birinci oyun kimi yanaşacağıq. Bu halda uğur qazanmaq daha asan olar və bizə inanan azarkeşlərimizi sevindirərik. Şansları bərabər hesab edirik.
- “Qarabağ”dan fərqli olaraq Avroliqadakı digər təmsilçimiz “Xəzər Lənkəran” asan rəqib sayılan Maltanın “Slima” komandası ilə səfərdən 1:1 hesabı ilə döndü. Bu haqda nə deyə bilərsən?
- Futbolda hər bir nəticə qeydə alınır. Məncə “Xəzər Lənkəran” səfərdə qalib gələ bilməsə də, ev oyununda rəqibdən beş qat güclü oynaycaq və növbəti mərhələyə adlayacaq.
Ramiq AĞAMƏMMƏDOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video