“Qarabağ”dan üçüncü rəsmi transfer

“Qarabağ”dan üçüncü rəsmi transfer
ÖLKƏ FUTBOLU 4 İyul 2013 / 12:36 4768
-  A +

“Qarabağ” mövsümlərarası fasilədə üçüncü rəsmi transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi bir müddətdir komandada baxışda olan İriç Kapolonqonu heyətinə qatıb. Konqolu hücumçu ilə iki illik müqavilə imzalanıb.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytının müxbiri ilə söhbətində yaxın günlərdə İriç Kapolonqonun adının Avropa Liqasının iştirak ərizəsinə salınacağını deyib.

Xatırladaq ki, Ağdam klubu bundan öncə Almaniyanın “Bohum” klubundan Nikoloz Gelaşvili və Hollandiyanın NEK komandasından Leroy Corcu da heyətinə qatıb. Bundan başqa, sön mövsümü icarə qaydasında “Simurq”da keçirən Murad Səttarlı da geri qaytarılıb.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"