"Dənizlispor" Rail Məlikovdan təzminat istəyir

"Dənizlispor" Rail Məlikovdan təzminat istəyir
ÖLKƏ FUTBOLU 4 İyul 2013 / 11:20 2584
-  A +

Türkiyənin birinci liqasında mübarizə aparan "Dənizlispor" klubu yeni mövsümün hazırlıqlarına start verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən hazırlıq prosesində yalnız bir futbolçumuz - Arif İsayev iştirak edib.

Rail Məlikov isə hazırlıqlarda yer almayıb. "Qəbələ" ilə razılığa gəldiyi bildirilən R.Məlikovun klubu "Dənizlispor" futbolçudan bu transfer üçün təzminat qiymətini istəyir. Lakin təzminatın məbləği açıqlanmayıb.

Xatırladaq ki, futbolçu ötən ilin avqust ayında Türkiyə klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Dənizlispor"da ötən mövsüm forma geyən yalnız dörd futbolçu qalıb ki, onlardan biri də Arif İsayevdir.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"