Kiyev şəhərində Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, turnir Azərbaycan Teleradio Verilişləri QSC-nin, Ukrayna Televiziyasının təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Yarışda “İdman Azərbaycan” kanalının , Ukraynanın bir sıra televiziya və media qurumlarının, o cümlədən, diaspora və ictimai təşkilatların mini futbol komandaları iştirak ediblər.
Ukrayna Futbol fedarasiyasnın mərkəzi mini futbol bazasında keçirilən beynəlxalq turnirin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Asim Osmanov çıxış edərək, son 12 ildə Ukraynada idman jurnalistləri arasında Heydər Əliyev kimi dünya şöhrətli ictimai siyasi xadimin xatirəsinə həsr olunmuş mini futbol turnirinin keçirilməsinin tarixi əhəmiyyətindən soz açıb. Belə bir möhtəşəm turnirə qatılan idmançılara Azərbacanın Ukraynadakı səfiri Eynulla Mədətli adından uğurlar arzulayıb.
Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Ukraynada hər il idman jurnalistləri arasında ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirin keçirlməsini hər iki ölkənin jurnalistləri arasında dostluq əlaqələrinin yaranmasında müstəsna rol oynadığını vurğulayıb. Qeyd edib ki , turnirdə jurnalistlər arasında yaranmış dostluq münasibətlərinin nəticəsi olaraq, son illər Ukraynanın Milli televiziyasında Azərbaycanla bağlı 12 sənədli film hazırlanmışdırki, bunlardan 3-ü ulu öndər Heydər Əliyevin xatrəsinə həsr olunub.
Mərasimdə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov və digər şəxslər çıxış edərək, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin iştirakçılarına qələbə uğurları arzulayıblar.
Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin təşkil olunmasına dəstək verən Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanova, Ukrayna televiziyasının rəhbərinə və Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseynova minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra beynəlxalq turnirə start verilib. Diaspora və ictimai təşkilatların komandaları arasında keçirilən turnirin ilk günü “Azad” komandası qələbə çalaraq Heydər Əliyev turnirinin kubokuna sahib olub. Turnirdə 2-ci yerə “Unicef”, 3-cü yerə isə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin “SAMU” komandası çıxıb.
Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında keçirilən dostluq göruşü isə gərgin və maraqlı oyunlarla yadda qalıb. Ukraynanın bir sıra televiziya və media qurumlarının mini futbol komandalarının iştirak etdiyi turnirin finalında ESG tv komandası qalib gələrək Heydər Əliyev kubokuna sahib olublar.
Turnirdə ölkəmizi təmsil edən “İdman Azərbaycan” kanalının komandası isə 2-ci yerlə kifayətlənməli olub.
Yuxarı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi