Peşəkər Futbol Liqasının prezidenti Ramin Musayevin pfl.az saytına müsahibəsi
-Bildiyiniz kimi Çempionlar Liqasının və Avroliqanın püşkü atıldı. Sizin fikrinizcə ölkəmizi təmsil edən klublardan hansının növbəti mərhələyə keçmək şansı daha çoxdur?
-Püşkatma mərasimini izlədim və fikrimcə püşkü klublarımız üçün qənaətbəxş hesab etmək olar. Belə ki, Premyer Liqanın qalibi "Bakı" klubu Litva təmsilçisi "Ekranas"la qarşılaşacaq. Avroliqanın ilkin təsnifat mərhələsində mübarizə aparacaq "İnter" və "Simurq" müvafiq olaraq Slovakiya "Spartak"ı və İsrailin "Bnei Yehuda" klubları ilə qarşılaşacaq. Fikrimcə ən çətin rəqib Kubokun sahibi "Qarabağ"ın payına düşdü. Bildiyiniz kimi onlar ikinci təsnifat mərhələsindən başlayacaqlar və bu mərhələdə Norveçin "Rosenborq" və Farer adalarının "NSİ" cütünün qalibi ilə görüşəklər.
Mətbuatda klubların baş məşqçilərinin rəqibləri haqqında fikirləri ilə tanış oldum. Məsələn, "Bakı" klubunun baş məqşçisi rəqiblərini nisbətən asan sayır. Amma mən belə deməzdim. Əgər bir komanda çempion olursa və Çempionlar Liqasında oynamaq hüququ qazanırsa, demək bu komanda mövsüm boyu əziyyət çəkərək bura qədər gələ bilib. Arxayınlaşmamaq və var gücü ilə mübarizə aparmaq lazımdır. "Bakı"nın heyətinə nəzər yetirdikdə kifayət qədər peşəkar və təcrübəli futbolçuların olduğunu görərik. Ona görə də rəqib üçün də bu oyunların asan olmayacağını düşünürəm. İlk oyunun rəqib meydanında olmağı da "Bakı"nın xeyrinədir. "Bakı" klubunun növbəti mərhələyə keçmək üçün gözəl şansı var. Amma bu futboldur, ona görə ehtiyatı əldən vermək olmaz.
Avroliqada "Qarabağ"ın mümkün rəqibi kimi Norveç "Rosenborq"unu görürəm. Ağdamlılar üçün çox çətin olacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun komandası rəqibini yarışdan kənar edə bilərsə, hamımıza xoş sürpriz edə bilər.
Zaqatala təmsilçisi "Simurq"un şanslarını yarıbayarı olduğunu düşünürəm. Bu, Premyer Liqanın bürünc mükafatçısının ilk Avropa təcrübəsi olacaq. Ona görə rəqiblə oyuna ciddi hazırlaşmaq lazımdır.
"İnter" kifayət qədər peşəkar və təcrübəli komandadır. Onlar ən azı iki mərhələ keçməyə qadirdir. Klublarımızın hər birinə qarşıdakı oyunlarda müvəffəqiyyətlər arzu edirəm.
-Avroliqada iştirak edən klublarımızın üçü də mərhələ adlayarsa ev oyunlarını keçirmək üçün stadion problemi ilə üzləşə bilərlər. Bu məsələ öz həllini necə tapacaq?
-Çox ümid edirəm ki. ikinci mərhələdə hər üç komandamız mübarizəni davam etdirəcək. Bu hal baş versə, komandalardan biri çərşənbə axşamı meydana çıxacaq. Digər iki komanda isə cümə axşamı - biri səfərdə, digəri isə Bakıda ev oyununu keçirəcək.
-Ölkəmizi avrokuboklarda təmsil etmiş ilk klubumuz olan Tovuzun "Turan" və UEFA kubokunda mərhələ adlamış ilk klub olan Yevlaxın "Karvan" klubunun taleyi necədir?
-Klubların heç birindən rəsmi məktub daxil olmasa da, rəhbərləri ilə telefon danışıqlarımız olub. "Karvan"ın İdarə Heyətinin sədri Şahmar Vəliyev mənimlə söhbət edərkən bildirdi ki, klub növbəti mövsümdən yalnız yerli futbolçulardan ibarət olacaq komanda qurmaq fikrindədir. Bu komanda ilə birinci dəstədə mübarizə aparmaq fikrindədirlər. Ümumiyyətlə Yevlax komandasının rəsmiləri gələcəkdə gənclərə üstünlük verəcəklərini bildirirlər. "Turan" klubunun maliyyə durumunun yaxşı olmadığını bilirəm. Tovuz klubu lisenziya ala bilməsə Premyer Liqada iştirak edə bilməyəcək. Əgər "Karvan" və "Turan"ın Premyer Liqada iştitrak etməyəcəyi dəqiqləşərsə, növbəti mövsümü 10 komanda ilə başlayacayıq. Belə olacaq təqdirdə Premyer Liqa 4 dövrədən və 36 turdan ibarət olacaq. Bununla əlaqədar müvafiq qərarı İcraiyyə Komitəsi verməlidir.
- Hal-hazırda FİFA oyunlar zamanı 6 hakimin fəaliyyət göstərməsi prinsipini sınaqdan keçirir. Bu prinsip rəsmən təsdiqlənərsə Azərbaycan Premyer Liqası oyunlarının idarə olunması zamanı 6 hakimdən istifadə olunması hakim çatışmamazlığına gətirib çıxarmayacaq ki?
- İki gün öncə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovlə gənc hakimlər haqqında söhbətimiz oldu. O, yeni mövsüm üçün 26 nəfər baş hakimin adını bizə təqdim etdi. Onlardan ən azı 10-u gənc və perspektivli hakimlərdir. Ona görə əminəm ki, hakim sayısı baxımından heç bir çatışmamazlığımız olmayacaq. Qeyd etmək istərdim ki, hakimlərin mövsüm öncəsi təşkil edilən təlim-məşq toplanışları da bizim işimizə çox yarıyır. AFFA - nın prezidenti cənab Rövnəq müəllimlə görüşüm oldu.Bu mövsüm hakimlərimiz fiziki hazırlığın artırılması üçün 10 gün Zaqatalada. daha sonra isə Türkiyə vəya Almaniyada təlim-məşq toplanışı keçirəcəklər. Toplanışın ikinci dövründə hər bir hakimimiz ən azı 2 oyun idarə edəcək. Bu da, hakimlərimizin Premyer Liqanın oyunlarına həm fiziki, həm də peşəkar cəhətdən daha hazırlıqlı olmalarına şərait yaradacaq, təlim-məşq prosesinin bəhrəsini Premyer Liqanın oyunları zamanı görəcəyik. Hakimlər nə qədər peşəkar olarsa, nə qədər az səhv buraxarsa, futbolçuların nümayiş etdirdikləri oyunları da bir o qədər baxımlı və maraqlı olar. Daima futbolun inkişafı naminə göstərdiyi qayğı və diqqətə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə də öz minnətdarlığımı bildirmək istəyirəm.
-Premyer Liqanın yeni mövsümündə daha nə kimi yenilikləri gözlənilir?
-Tam olaraq açıqlamaq istəməzdim. Hələlik onu deyə bilərəm ki, PFL-in saytında da bildirildiyi kimi yeni mövsümdən etibarən bütün oyunlar ADİDAS firmasının "Terrapass" topları ilə keçiriləcək. Bununla əlaqədar olaraq PFL-ə müraciət etmiş klublar artıq topları götürə bilərlər. Həmçinin mövsüm öncəsi futbol ictimaiyyətinin Premyer Liqa və Kubokun keçirilməsi qaydalarına aid yeni ideya və təkliflərini dinləməyə və dəyərləndirməyə hazırıq.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"