Məşhur türk futbolçusu, azarkeşlərin daha çox «Beşiktaş» klubundan tanıdığı Ahmet Dursunun ötən ilin qışında «Xəzər-Lənkəran»a keçməsiylə bağlı türk menecerləri tərəfindən təkliflər səslənib. Qol.Az saytının məlumatına görə, «Xəzər-Lənkəran» 2007-ci ilin qışında Dubayda təlim-məşq toplanışında olanda bununla bağlı türkiyəli menecerlərlə Cənub klubunun nümayəndələri arasında danışıqlar aparılıb. Mənbə bildirir ki, menecerlər Ahmet Dursuna görə çox pul istəməyiblər.
Lakin komandanın o vaxtkı baş məşqçisi Ağasəlim Mircavadov yaxşı formada olmadığı üçün Ahmet Dursunun «Xəzər-Lənkəran»a keçidinə qarşı çıxıb. Bundan başqa, A.Mircavadov ulduz futbolçuların kluba transferinin komandada ab-havanı pozacağını, bu cür oyunçuların klubda sadəcə, gün keçirəcəyini bildirib. Bu səbəbdən, türkiyəli menecerlərlə danışıqlar baş tutmayıb.
Qeyd edək ki, danışıqların getdiyi dövrdə Ahmet Dursun həqiqətən də yaxşı formada olmayıb. Amma sonradan Ahmet Dursun yaxşı oyunu ilə yenidən diqqəti özünə cəlb edib.
1978-ci ildə Almaniyada anadan olan Ahmet Dursun hazırda Türkiyənin «Kocaelispor» klubunun şərəfini qoruyur.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi