Əfqan Talıbov: "Turan"ın aqibəti heç kimi maraqlandırmır"

Əfqan Talıbov: "Turan"ın aqibəti heç kimi maraqlandırmır"
GÜNDƏM 3 May 2013 / 19:41 2677
-  A +

“Mənə elə gəlir ki, “Turan”ın aqibəti heç kimi maraqlandırmır. Hər mövsüm belə olur".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqanın 29-cu turunda AZAL-la oyundan (0:2) sonra deyib.

Ə.Talıbov komandanın son vaxtlar uğursuz çıxışını meydan amili ilə bağlayıb: "Hər bir komandanın əsas üstünlüyü doğma meydanda oynamasıdır. Biz isə bundan məhrumuq. Futbolçuların fiziki gücü yoxdur, oyuna normal hazırlaşa bilmirik. AZAL azlıqda qalsa da, 5 dəfə əks-hücumda qapımıza qol vura bilərdi. Vəziyyətimiz çətindir, lakin sonadək mübarizə aparacağıq”.

Daha çox


Son xəbərlər